Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.

Qoç - ehtiyatlı olun. Risk etmək, cəsur ideyanı və ya planı reallaşdırmaq olar. Yaradıcılıq layihələri istisnadır. Belə məsələlər qeyri-standart yanaşma tələb edir. Çətin problemlərin öhdəsindən gələ biləcəksiniz.

Buğa - işdəki fikir ayrılıqları və çətinliklər əhvalınıza pis təsir edə bilər. Müşküllər münasibətlərə təsir etməməlidir. Diskusiyanı konstruktiv məcrada saxlayın, aqressiv olmayın.

Əkizlər - uğur qazana bilərsiniz. Məqsədə nail olmaq üçün situasiyanı aydınlaşdırın, işlərdə konkretliyə nail olun. Hiyləgər, fəndgir davranın. İşlərdə irəliləyişə nail olmaq üçün qətiyyətli çalışmaq gərəkdir.

Xərçəng - yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Enerji qıtlığından şikayətlənmək üçün heç bir səbəb yoxdur. Ağır problemlərin həlli üçün təmkinli davranın.

Şir - yaşlı qohumlarınızın qeydlərinə, iradlarına və məsləhətlərinə qulaq asın. Axşam saatlarında normal istirahət edin.

Qız - peşəkar fəaliyyət baxımından çətin gündür. Bütün diqqəti işə yönəldin. Fəaliyyətiniz üçün gərəkli vaxtda başqa işlərlə məşğul olmayın. İstirahət və əyləncə ilə bağlı fikirləri təxirə salın. Astagəl, ləng olmayın.

Tərəzi - həssas, sayıq olun. Əks təqdirdə tərəfdaş və ya dostlarla münasibətlər sərinləşə bilər. Maliyyə fonu pis deyil. Axşam saatlarında sərfəli alış-veriş edə bilərsiniz. Xərclər az, aldığınız əşyalar zəruri olmalıdır.

Əqrəb - şəxsi münasibətlərdə problemlərin yaranmaması üçün səbrli davaranın. Sevdiyiniz insanı tələsdirməyin, acılamayın. Qarşılıqlı anlaşmaya nail olmağa can atın.

Oxatan - peşəkar fəaliyyət müstəvisində durum o qədər də yaxşı deyil. Bilik və bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. Tapşırıqları vaxtında yerinə yetirin, sifarişləri unutmayın. Belədə maaşınızın artımına, vəzifənizin artımına təkan verə bilərsiniz.

Oğlaq - şəxsi münasibətlərdə dəyişikliklər ola bilər. Əks cins mənsubları arasında populyarlığınız arta bilər. Sevdiyiniz insanla təmaslarda qayğıkeş və səmimi olun. Başınızı itirməyin, səbrli olun. Ünsiyyətdə harmoniyaya nail olun.

Dolça - aktiv və enerjili olun. Qarşınızdakı maneələri dəf etmək üçün etibarına şübhələnmədiyiniz insanların yardımlarından bəhrələnə bilərsiniz. Çoxdan bəri həllini tələb edən məsələnin nizamlanmasında diqqətli davranın.

Balıqlar - gəlir əldə edəcəksiniz. Əla ideyalar var. Onların bəzilərini reallaşdırsanız, yaxşı pula yiyələnəcəksiniz. Şəxsi münasibətlərdə əhəmiyyətli dəyişikliklər istisna deyil. (Milli.Az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar