Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:

Qoç - yeni ideyalardan birinin sayəsində gəlirlərinizi artıra bilərsiniz. Amma buna nail olmaq üçün səbrlə, əzmlə işləməlisiniz. Ünsiyyət üçün münasib zaman deyil. Yaxın ətrafınızdakı insanlardan biri sizi qıcıqlandıracaq. Tərəfdaş və ya şərikin davranışına sinirlənməyin.

Buğa - kredit almaq, alış-veriş, habelə daşınmaz əmlakla bağlı əməliyyatlar üçün yaxşı zaman deyil. Axşam saatlarını ailə üzvlərinizə ayırın. Gəzintiyə çıxa bilərsiniz.

Əkizlər - fəaliyyət sahəsində anlaşılmazlıqlar və çətinliklər ola bilər. Planlaşdırılmış görüşü təxirə salmalı olacaqsınız. Bəzi işləri ertələyin. Sakit və təmkinli davransanız, qarşılaşdığınız çətinlikləri dəf edəcəksiniz.

Xərçəng - yeni müttəfiqlərlə çalışa bilrsiniz. Onların sayəsində çoxdankı rəqiblərin öhdəsindən gələ bilərsiniz. Toplantılara, insanların gur olduğu yerlərə yollanmaq üçün əlverişli zaman deyil. Axşam saatlarını yaxınlarınızla birlikdə keçirin. Həzm sistemində problemlər yarana bilər. Kulinar eksperimentlərdən imtina edin.

Şir - aktiv fəaliyyət üçün əlverişli zamandır. Yorucu, mürəkkəb, xüsusi bacarıq və bilik tələb edən məsələlərdən qaçmayın. Əsas nüansa diqqət yetirərək ikinci dərəcəli məqamları arxa plana keçirin.

Qız - mühüm problemin həlli ilə məşğul olarkən kiçik işləri yardımçı və ya şəriklərinizə həvalə edin. Günün ikinci yarısında özünüzü ifrat dərəcədə yormayın. Yorğunluq diqqətsizliyə və səhvlərə səbəb olur.

Tərəzi - yaxınlarınızla dil tapmaqda çətinlik çəkəcəksiniz. Adi günlərdən fərqli olaraq onlar daha müfəssəl və geniş izahat tələb edirlər. Travma riskli gündür. Sükan arxasında diqqətli olun, iti alətlər və alovla ehtiyatlı davranın.

Əqrəb - problemlər az deyil. Heç gözləmədiyiniz müstəvi və sahələrdə çətinliklərlə qarşılaşacaqsınız. İşdə rəhbərliklə fikir ayrılıqları və münaqişələr mümkündür. Həmkarlarla mübahisə etməyin. Maliyyə məsələlərinə görə ixtilaflar yaratmayın. İş yerindəki müəyyən diskomforta rəğmən uğurlarınız ətrafınızdakı insanlarda paxıllıq hissi yaradacaq.

Oxatan - alış-veriş üçün münasib gün deyil. Qənaətli davranın, amma simiclik etməyin. Yaşlı qohumlarınız sizə mənəvi dəstək və yaxşı məsləhətlər verəcəklər. Vaxtınızı mənasız işlərə sərf etməyin.

Oğlaq - maraqlı və məhsuldar gündür. Yaranan imkanlardan yararlanın. Önəmli işləri ertəmələyin, problemlərin çözümünü təxirə salmayın. Axşam saatlarına yaxın yeni işə başlayın. Tərəfdaşlarla səyləri birləşdirmək gərəkdir. Görüləcək işlərin miqyası sizi narahat etməsin. Hətta ən mürəkkəb layihələri vaxtında başa vuracaqsınız.

Dolça - fəaliyyət sahənizdə ciddi irəliləyişə nail olmaq üçün aktiv işləyin. Uğurlarınızdan dostlarınızla bahəm, bədxahlar da xəbər tutacaqlar. Onlar sizə zərbə vurmaq istəyəcəklər.

Balıqlar - lakin müsbət təmayüllərin təsiri güclü olduğundan işlərinizə kimsə mane ola bilməyəcək. Günün ikinci yarısında yaxınlarınızla münasibətlər rəvan və harmonik olmalıdır. Romantika, macəra, sərgüzəşt arayırsınızsa, diqqətli davranın. Yaradıcılıq potensialınız yüksəkdir.

pia.az


Etiket: qoroskop


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar