Şənbə, 06 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik...

Qoç - uğurlu gündür. O, iş və təhsillə bağlı istənilən məsələnin həlli üçün uyğundur. İntellektual potensialınız çox yüksəkdir, siz yorğunluq hiss etməyəcəksiniz. Sərfəli əməkdaşlıq qurmaq üçün şansınız var, insanlar sizə tərəf can atırlar, onlarla işbirliyi yaratmaq işinizə yarayacaq.

Buğa - şəxsi cəbhədə işlər heç də pis deyil. Yaxınlarınızın sizi başa düşməməsi və ya özünüzüə qarşı diqqətsizlik hiss etməyəcəksiniz. Ən çox nəzarət yetirməli olduğunuz sahə isə maliyyə durumunuzdur. Gərəksiz yerə pul sərf etməli olacaqsınız.

Əkizlər - çətindir. Necə deyərlər, öz əliniz, öz başınız. Kimsə sizə nə kömək edir, nə də dəstəkləyir. Adətən, belə hallara sakit yanaşırsınız. Bundan başqa, təklik sizə həmişə daha yaxşı işləməyə kömək edirdi. Ancaq məhz bu gün tərəfdaşlara, köməkçilərə, hətta heç olmasa, bir-iki xoş söz deməyi bacaran insana ehtiyacınız var.

Xərçəng - şəxsi münasibətlərə gəldikdə isə eyni sözləri söyləmək çətindir. Təsiri altında olduğunuz birisi sizə yaxşılıq etməyə çalışır, amma o, yaxşılığı tamam başqa cür başa düşür. Yaxşı olar ki, özünüzdə güc tapıb ona müqavimət göstərəsiniz, əks halda sonradan xeyli peşman olacaq və havayı yerə əsəb hüceyrələrinizi məhv edəcəksiniz.

Şir - ailə məsələləriniz isə düzəlməkdədir. Maliyyə, daşınmaz əmlak məsələlərini, müştərək layihələri müzakirə etmək asan olacaq. Uzaqdan vacib xəbərlər ala bilərsiniz.

Qız - hadisələr sürətlə inkişaf edir, amma bu, sizi qorxutmur. İstiqaməti düzgün təyin edərək, doğru qərarlar verirsiniz. Bəzən bunu necə etdiyinizə özünüz də mat qalırsınız. Faydalı tanışlıqlar quracaq və güvənə biləcəyiniz insanların etibarını qazanacaqsınız.

Tərəzi - mürəkkəb gündür. Belə görünə bilər ki, hər şey əladır: siz enerjilisiniz, ünsiyyətcil və cazibədarsınız. İşlərinizdəki irəliləyişə nə mane ola bilər ki? Amma yanılırsınız. Elə enerjinizin çox olması işləri korlayır - onu düzgün məcraya yönəldə bilmirsiniz. Bir çox Tərəzilər aqressiv olacaqlar.

Əqrəb - şəxsi həyatınızda dəyişikliklər mümkündür. Bu gün "öz" adamlarınızı hiss edir, onlarla asan dil tapırsınız. Odur ki, bu gün başlanan eşq macəralarının davamı gələcək.  Üstəlik, danışıqlara çox, işlərinizə isə az vaxt sərf edirsiniz. Çox nahaq. Düzdür, şirin söhbətdən əl çəkmək çətindir, amma işlərinizi sizin əvəzinizə heç kim görməyəcək.  

Oxatan - gün başlayarkən özünüzü gümrah hiss edəcəksiniz, əhvalınız yaxşı olacaq. Amma optimizminizə güvənməyin: asan qələbə yoxdur. Rəhbərlik sizi düşüncəsizlikdə, işinizə qeyri-ciddi yanaşmaqda günahlandıra bilər. Əlbəttə, onların sözündə bir az həqiqət var, çünki məişət və şəxsi işləriniz sizə daha cəlbedici görünür və işdəki problemləri bir qırağa qoymaqda qərarlısınız.  

Oğlaq - peşəkar baxımdan gün çox uğurludur. Yeni layihələrin başlanması, müqavilələrin imzalanması, əməkdaşlıq üçün yaxşı dövrdür. İşgüzar danışıqları yüksək səviyyədə aparır, etibarlı tərəfdaşlar tapmaqla yanaşı, eyni zamanlda hamını özünüzə valeh edirsiniz.

Dolça - çox məhsuldar gündür. Siz enerjili və qətiyyətlisiniz. Dialoqa hazırsınız. Düşmənlərinizin cəbhəsində yer alan insanları sizin tərəfinizə keçməyə inandıra bilirsiniz. Ola bilər ki, əlinizə pul gəlsin. O, gözlədiyinizdən qat-qat çox ola bilər. Şəxsi həyatınızda da hər şey gözəldir. İntuisiyanız güclüdür.

Balıqlar - günün emosional fonu xoşdur. Nə olursa-olsun, əhvalınız yaxşı olacaq. Ətrafınıza xoş niyyətli insanları toplayırsınız, onlar çətin anlarınızda köməyinizə gəlir, hətta işlərinizi də sizin əvəzinizə görürlər. Məlahətinizdən məharətlə istifadə edərək düşmənlərinizi dosta çevirməyə çalışırsınız. (Milli.Az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Parlamentə yenə nənəsi ermənilər seçilib, iki nazirin də nənəsi ermənidi“ - Cümşüd Nuriyev

Niyə Mahmudov? Niyə indi? - Ərəstun Oruclu cavablandırır

“Evdə oturmaq təcrübəsini kənara atmaq lazımdır” - Professordan karantin qaydalarına etiraz

İcra başçısına 3,6 milyonluq yeni iqamətgah tikiləcək

Azərbaycanda bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər 

Azərbaycanda keçmiş oliqarxın kürəkəni həbs edildi

Vilayət Eyvazov sabiq icra başçısının qardaşını işdən çıxardı

Sumqayıtda market işçisində koronavirus aşkarlandı, 45 əməkdaş karantinə alındı - Video

loading...

Ən çox oxunanalar