Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün "Bakılılar günü" qeyd edilib

Bu gün Zirə Mədəniyyət Mərkəzi Eko Parkda "Bakılılar günü" qeyd edilib.

"Report" xəbər verir ki, tədbirdə Bakının 39 kəndindən ağsaqqallar, tanınmış şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edənlər ilk olaraq 44 günlük Vətən müharibəsinin şəhidlərini də daxil olmaqla vətənimizin müdafiəsində canlarından keçmiş bütün şəhidləri yad ediblər. Onlar günün əhəmiyyəti haqqında danışaraq bildiriblər ki, 2021-ci ildə ilk dəfə keçirilən "Bakılılar günü" hər il bir kənddə qeyd ediləcək.

Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsinin də qatıldığı tədbirdə tarix elmləri doktoru Şahin Fazil, Xırdalan bələdiyyəsinin sədiri Orxan Musayev, Şağan qəsəbə nümayəndəsi Təvəkkül Səlimov, Maştağa Qəsəbəsinin Hacı Seyid Əkbər məscidinin imamı Hacı Hüseyin Babazadə, Buzovna Cümə məscidinin axundu, ilahiyyatçı-alim Hacı Soltan Əlizadə, Zəngilan qazisi Hacı Həsən Hüseyni, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi e.o. polkovnik Əzizağa Qəni-zadə, Siyasi Repressiya Qurbanları Muzeyinin rəisi Mirabbas Məmmədov, Azərbaycan Yazıçılar Birliyindən publisist, xalq yazıçısı Çingiz Abdullayev, şair, qəzəlxan, tədqiqatçı, AYB Xəzər bölməsinin sədri Arif Buzovnalı, kinodramaturq, AYB katibi İlqar Fəhmi, ilahiyyatçı-alim Hacı Nuhbala Rəhimov, kinoaktyor, Dövlət Mükafatı laureatı, Prezident taqaüdçüsü, Respublikanın xalq artisti Rasim Balayev, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri namizədi Gülər Abdullabəyova, bəstəkar, xalq artisti Eldar Mansurov, xalq artisti, professor Möhlət Müslümov, tarzən, Prezident mükafatçısı, əməkdar artist Sahib Paşazadə, Prezident mükafatçısı, əməkdar artist Toğrul Əsədullayev, əməkdar incəsənət xadimi Hacı Aqil Məlikov kimi bir çox tanınmış alimlər, ictimai xadimlər, incəsənət xadimləri və Abşeron mühitinin ziyalıları və ağsaqqalları iştirak ediblər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar