Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Avropa İttifaqının növbədənkənar sammiti keçiriləcək

Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçıları bu gün Brüsseldə bir araya gələcək...

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, onlar növbədənkənar sammitdə Aİ-nin 2021-2027-ci illər üzrə uzunmüddətli maliyyə planını (büdcəsini) müzakirə edəcəklər.

“Çoxillik maliyyə planı üzrə razılığa gəlməyin vaxtıdır”, - Aİ Şurasının prezidenti Şarl Mişel Avropa liderlərinə sammitə dəvət məktubunda bildirib.

Onun sözlərinə görə, bu məsələnin təxirə salınması ciddi praktiki və siyasi problemlər yarada bilər və bundan sonra mövcud Aİ proqramlarını davam etdirmək, həmçinin yenilərini işə salmaq çətin olacaq.

“Bu danışıqların (Avropa Parlamenti, Avropa Komissiyası və Aİ Şurası arasında olacaq – red.) qarşımızda duran ən çətin məsələlərdən biri olduğunu bilirəm. Ancaq əminəm ki, sağlam düşüncə və qətiyyətlə bütün avropalılara fayda verəcək razılaşma əldə edə bilərik”, - Ş.Mişel vurğulayıb.

Qeyd edək ki, Ukrayna, Gürcüstan və Moldovanın xarici işlər nazirləri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa Komissiyasına Avropa İttifaqının 2021-2027-ci illər üzrə maliyyə perspektivi çərçivəsində “Şərq Tərəfdaşlığı” regionlarına maliyyə dəstəyi verilməsi ilə bağlı birgə müraciət ediblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Ən çox oxunanalar