Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu gedişlə azərbaycanlıların Xankəndi, Ağdərə və Xocavəndə qayıtması mümkün olmayacaq”

"Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan həm Ermənistan ordusunun, həm də "Artsax müdafiə ordusnun" gücləndirilməsi barədə açıqlama verib. Xüsusilə erməni müdafiə nazirinin Azərbaycan ərazisində "Artsax müdafiə ordusunun" yenidən gücləndirlməsi istiqamətində açıqlaması reallığı əks etdirir və Azərbaycan qəti addımlar atmalıdır".

PİA.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloqun sözlərinə görə, Ermənistan tərəfi faktiki olaraq bu məsələdən geri çəkilmir: ""Artsax müdafiə ordusu" adında silahlı birləşmələr faktiki olaraq Azərbaycana qarşı növbəti hərbi əməliyyatlar üçün hazırlanır. Azərbaycan iqtidarı Rusiyanın məsuliyyət zonasında ermənilərin separatçı fəaliyyətinin qarşısını alınması üçün ciddi tədbirlər görməlidir. Araik Arutyunyan, Vitali Balasanyan bu istiqmətdə ciddi fəaliyyət göstərirlər və birbaşa Kremlin planı ilə hərəkət edirlər. 10 noyabr atəşkəs Bəyannaməsində Rusiya tərəfi silahlı erməni birləşmələrinin çıxarılması üçün öhdəlik götürüb. Bu öhdəlik yerinə yetirilmir və Ermənistan müdafiə naziri burada silahlı erməni birləşmələrinin gücləndirlməsi istiqamətində açıqlamlar verərək, konkret fəaliyyətə keçir".

O bildirib ki, Azərbaycan və Türkiyə Rusiyadan məlum Bəyannamənin 4-cü bəndində əməl edilməsini tələb etməsə, biz silahlı erməni birləşmələrinin güclü şəkildə silahlanmasının şahidi olacağıq: "Artıq, deafakto separtçılar "bayraqlarını" dalğalandırır və onlar Azərbaycanın suverenliyini qəbul etmirlər. Bundan əlavə, bu gedişlə azərbaycanlıların Xankəndi, Ağdərə və Xocavəndə qayıtması mümkün olmayacaq. Artıq Qarabağ separatçılarına ciddi təzyiqlər etmək lazımdır. Rusiya ilə konkret şəkildə bu məsələnin həlli tələb edilməlidir. Regionda siyasi nizam Azərbaycanın leyhinə cavab verir. Və buradakı erməni separatçılar Rusiyanın dəstəyi ilə vəziyyəti gərginləşdirməklə istədikləri nəticəni əldə edə bilməyəcəklər. Azərbaycan Xocalı və ətraf əraziləri əməliyyat keçirməklə nəzarətə almalıdır. Çünki, bu hərbi əməliyyatlar Azərbaycanın hüquqdur. Bu gün konkret olaraq Azərbaycana qarşı Qarabağda separatizmi Rusiya körükləyir və bu 10 noyabr razılaşmalasına ziddir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar