Cümə axşamı, 29 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bu dəfə də səhv edildisə…

BMT-nin tanıdığı Tripoli hökumətinin başçısı Fayez əs-sarajın oktyabrda istefa verəcəyni açıqlaması Türkyə dövlət başçısının qanını əməlli-başlı qaraltdı.

Orta Şərqi və körfəzi hamıdan yaxşı bilən Suriyalı jurnalist-təhlilçi dostum Hüsnü Mahalli onun oktyabrı gözləmədən bu həftə də istefa verə biləcəyinə diqqəti cəlb edir.

Fayez əs-Sarajın istefası Türkiyənin həm Liviyada həm də Aralıq dənizində əldə etdiyi üstünlüyə və gələcəkdəki planlarına təhlükə yarada bilər. Çünki bundan sonra razılaşmalarda və ya anlaşmazlıqlarda Türkiyənin nələrə nail olub nələri itirəcəyini təxmin etmək mümkün deyil.

Məlum olan şey – bölgəni çox yaxşı bilən sayğılı diplomat və siyasətçi,keçmş xarici işlər naziri Yaşar Yakışın daim xəbərdarlıq etdiyi  “Türkiyə yumurtaları eyni  səbətə yığımamalıdır”- sözündə haqlı çıxmasıdır.

Bəs Türkiyənin heç bir dəstəkdən qaçmayaraq bir neçə sazişi birdən imzaladığı Fayez əs-Saraj niyə istefa verib Ankara üçün sıxıntılı vəziyyət yaratdı?  Axı 2019-cu il noyabrın 27-də iki ölkə arasında imzalanan sazişlərdən sonra bu adam Türk siyasətinin 40 ilində damğası olan Necmettin Erbakanın sözlərini borc alsaq,”Benzin stansiyasına baş çəkirmiş kimi”  həftə səkkiz-mən doqquz  gəldiyi İstanbulda və Ankarada dövlət başçısı Erdoğanın qabağında mütilik dərəcəsində itaətlə dururdu? Birdən-birə nə oldu?

Rusiya hərbi qüvvələri fevralın 27-də İdlibdə 57 Türk əsgərini şəhid edəndən sonra “parə-parə olan şişə” (Məhəmməd Füzuli) bir daha yapışdırıla bilmədi və bölgədə Türkiyə ilə Rusiyanın  formal patrul xidmətindən başqa heç bir əməkdaşlığı qalmadı.

Türkiyə,hələ payızda hazırladığı infrastruktura uyğun olaraq, Liviyaya yönəldi, Rusiya isə Wagner ilə hələ 2016-dan bəri ordaydı. Türkiyənin gücüylə Rusiyanın da AB-nn də adamı olan müxalif Hafter qüvvələrinin Triploi ətrafından uzaqlaşdırılması proseslərə “vur-qaç” taktikasıyla Birləşmiş Ərəb Əmirliklərini və quru qüvvələrinin varlığıyla Misiri    teoremə daxil etdi.

Fransanın öz hərbi gəmilərylə  Liviyanın dəniz sularında Türk donanmasının gəmilərylə üzbəüz gəlmə təhlükəsi gərginliyi daha da artırdı.

Rəsmi Tripoliylə imzaladığı sazişlərə güvənən Ankara özündən əmin addımlar atdığı vaxtda “güvəndiyi dağlara qar yağdı” və radikal dinçilərlə çıxılan yolda Türkiyə yenidən tənha qaldı; ”Müsəlman qardaşlar” ilə qurulan növbəti ittifaq da axıra qədər getmədi.

Liviya ətrafında cərəyan edən prosesləri izləyənlər yayda Misirin bu teoremə daxil olmasından sonra Türkiyənin atacağı addımlar barədə iki dəfə düşünmək məcburiyyətində qaldığını bilirlər. Elə isə  Ankaranı çətin vəziyyətə salan faktor dplomatik addımların  ideoloji təməl üzərinə indekslənməsiydi.

Belə ki,2012-ci iln yayında Misirdə “Müsəlman qardaşlar” hakimiyyətə gələndə baş nazir Erdoğan nəinki Türkiyənin, bölgənin də taleyini dəyişdirməyi planlaşdırdığı addımları Misir dövlət başçısı Məhəmməd Mursi ilə atmağı və özünün də dediyidi kimi,”bu torpaqlara səhv şəkildə gətirilən cümhuriyyət rejimlərini birlikdə aradan qaldırmağı” hədəflədiyni gizlətməmişdi.

Ancaq “Müsəlman qardaşlar” iqtidarının həyata keçirməyə çalışdığı radikal dini tədbirlərə qarşı   cəmiyyətin bir qisminin  kəskin etirazından  sonra 3 iyul 2013-də Misir ordusunun etdiyi çevrilişlə iqtidara gələn general Əbdülfəttah Sisini Türkiyə prezidenti heç cür tanımaq istəmədi.

Ankaranın tutduğu sərt deoloji mövqe Türkiyənin Liviyada əldə etdiyi üstünlüyü təhlükəyə ata bilər. Zira Türkiyənin bütün imkanları səfərbər edərək dəstəklədiyi rəsmi Tripoli hökumətinin başçısı Fayez əs-Sarajın istefadan vaz keçməməsi halında imzalanmış sazişlərin taleyi də məchullaşır.

Şərhçilərin  bir  qismi əs-Saraj getsə belə, yeni hökumətin də Türkiyə ilə imzalanan sazişlərə sadiq qalacağından əminlik ifadə etsələr də digər qismi seçki nəticəsində formalaşacaq yeni hökumətin Ankara ilə 27 noyabr 2019-cu ildə imzalanan sazişləri bir kənara qoya biləcəyini iddia  edirlər ki, bu halda Türkiyənin cəkdiyi zəhmətin puça çıxa biləcəyi də qeyd edilir.Bu da bölgədə Türkiyənin ikinci “Müsəlman qardaşlar” həmləsinin də nəticəsiz qala biləcəyini göstərir.

Demək,Ankara  hal-hazırda hərbi diktatura ilə idarə edilməsinə baxmayaraq (adı “hərbi” olmasa da Hüsnü Mübarəkin dövründə də diktatura idi) 45 ildən bəri olduğu kimi, Misirin yenə bölgənin qıfıl ölkəsi olmasına dair həqiqətin  dəyişmədiyini fərq edə bilməmişdir. Bu halda   “Türkiyə 4 iyul 2013-də hansı mövqeyi tutmalıydı?”- sualının əsl cavabı necə olmalıdır: ideoloji marağı ön plana çıxarıb Misirin hərbi diktaturasını tamamilə rədd etməli,münasibətləri sıfır səviyyəsnə gətirməliydi yoxsa dövlətin maraqlarını hər şeydən üstün tutaraq Qahirə ilə münasibətləri davam etdirməliydi? 

Mayis ƏLİZADƏ (ASTNA.biz)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Digər yazıları

Bir vaxtlar medianı nəzarətdə saxlamış adamın 2-3 qeyri-ciddi nəfərin ümidinə qalması...

“Dövlət” məfhumunu anlamamaq, yoxsa dövləti lağa qoymaq? - “Danış, Əli, danış”

“Sədaqət”li jurnalistika, yoxsa feodalist kriteriyalar - Azərbaycan mediasının “God father”i

Kreslo, titul əldə edə bilməyən yazarların taleyi qara yazılıb 

loading...

Ən çox oxunanalar