Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu da Xaçmazın "Mədəniyyət Evi" - Fotolar

Xaçmaz rayonunun Regional Mədəniyyət İdarəsinin balansında olan Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzinin Ləcət kənd Folklor Klubu biabırçı vəziyyətdədir...

Klubun durumu tövlədən fərqlənmir. Ümumiyyətlə kənddə dövlət balansında olan digər binalar da durum o qədər ürəkaçan deyil. Klubun əməkdaşları bildirirlər ki, neçə illərdi bu binalarda təmir işləri aparılmır.

Bildirək ki, Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzinin balansında olan 49 mədəniyyət klubunun 6-sı Dövlət Əmlak Komitəsinin balansına özəlləşdirilməyə verildikdən sonra satışa çıxarılıb. Bunlar Ləcət, Sərkərli, Müqtadir, Pirquluoba, Alışqışlaq və Mollaoba kəndlərində yerləşən, ancaq fəaliyyətləri demək olar ki, olmayan mədəniyyət klublarıdır.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev saytımıza bildirib ki, son 1-2 ildə Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzinin balansına daxil olan təzə mədəniyyət klubları tikilməyib. Ancaq Tel kəndindəki mədəniyyət klubu özəlləşdirilib. Planda var ki, dövlət səviyyəsində tikilsin.

Belə çıxır ki, Mədəniyyət Nazilriyi balansında olan mədəniyyət klublarını nə təmir etmək, nə də təzəsini tikmək istəyir. Ancaq may ayının 8-də həbs edilən Mədəniyyət Nazirliyinin rəsmiləri istintaqa verdikləri ifadə zamanı hər il dövlətdən milyonlarla pulun məhz belə binaların tikintisinə ayırdığını bildiriblər. Axı necə olur ki, Xaçmaz kimi böyük bir rayonda 2 il ərzində bir mədəniyyət klubuda tikilməyib?! Bununla bağlı isə Nazim Ağayev danışmaq istəmədi.(yenisabah)

Klubdan fotoları təqdim edirik:

pia.az


Etiket: Xaçmaz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar