Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu da dövlət məmurunun avtoparkı

Maliyyə Bazarlarına Nəzarət Palatasınin keçmiş rəhbəri Rüfət Aslanlı on avtomobildən artıq maşının olduğu şəxsi avtoparka malikdir

PİA.az Virtualaz.org-a istinadən araşdırıb ki, R.Aslanlının qohumlarının, öz şirkətləri və nəzarəti altında olan müəssisələrin adına yazdırdığı avtomobillərin dəyəri milyonlarla manatla ölçülür.

Bir neçə gün əvvəl virtualaz.org Rüfət Aslanlının göy sportkar-da işə necə getdiyinin əks olunduğu video yaymışdı. Dəqiqləşdirmişik ki, 2015-ci il-də istehsal edilmiş və qiyməti 150 min dollar olan həmin göy Porshe Boxter (10 SN 003) 1967-ci il təvəllüdlü Yeganə Aslanovanın adına yazılıb. Videoda görünən və 2010-cu il istehsalı olan Land Rover Discovery (99 AA 035) müşayiət maşını isə Rüfət Aslanlıya məxsus “Tədarük” MMC-nin adına sənədləşdirilib.

Bu şirkətin adına Rüfət Aslanlının daha iki avtomobili yazılıb: 2007-ci il buraxılışı olan qara Toyota Camry (90 AA 035) və 2015-ci ildə istehsal edilmiş qara Mercedes Benz S500 (10 AA 035).

Araşdırma zamanı virtualaz.org daha bir maraqlı detalı müəyyən edə bilib. Rüfət Aslanlı şəxsi avtoparkının bir hissəsini nəzarəti altında olan müəssisələrin adına yazdırıb. Məsələn, Rüfət Aslanlının şəxsi avtoparkından Toyota Prado (10 PP 343) və Range Rover Vogue (90 AA 343) "Bakı fond birjası" Qapalı Səhmdar Cəmiyyətinin adına sənədləşdirilib. Daha iki şəxsi avtomobili - qara GMC Yukon Denali (10 AB 343) və ağ KIA Cerato-nu (10 AH 343) Rüfət Aslanlı nəzarəti altında olan Milli Depozit Mərkəzinə “təhkim edib”.

BMW LI (10 AA 343) və Mercedes S 500 (90 AA 343) avtomobillərinin sənədləri isə Maliyyə Bazarlarına Nəzarət Palatasının və sabiq-məmura malik ????.Ş İnşaat-ın adına tərtib olunub.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Rüfət Aslanlıya məxsus daha bir Range Rover (10 YY 035) avtomobili Bank Avrasiya Açıq Səhmdar Cəmiyyətinin bazasında tapılıb. Məlum olduğu kimi, bu bankın sahibi şəxsən Rüfət Aslanlıdır. Məmur bankın idarə olunmasını doğma qardaşı Fuad Aslanova həvalə edib.

Bu fakt xüsusi maraq doğurur, çünki açıq mənafe konflikti göz qabağındadır. Məsələ ondadır ki, banka sahib olarkən, Rüfət Aslanlı elə bir struktura başçılıq edirdi ki, onun vəzifəsi maliyyə sahəsində münasibətləri nizama salmaq və həmçinin, banklar üçün bərabər rəqabət şəraiti təmin etmək idi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar