Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

Siyasi şərhçi: “Xanlar Vəliyev “əsrin cinayəti” dediyimiz “Tərtər qətliamı”nın məsuliyyətini daşıyanlardan biridir”

“Uzun müddətdən sonra isə Xanlar Vəliyev sükutunu pozdu, amma özünü gülünc vəziyyətə qoydu”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu “Tərtər İşi” ilə bağlı Hərbi Prokuror Xanlar Vəliyevin dediklərini PİA.az-a şərh edərkən qeyd edib.

Mediada şərti olaraq “Tərtər İşi” adlandırılan sensasion hadisələrin detalları açıqlandıqca, sosial şəbəkələrdə tənqidlər də çoxalır.

Ötən həftənin somumda işgəncə faktlarına görə məsuliyyətli şəxslərdən biri olaraq adı keçən Azərbaycanın Hərbi Prokuroru Xanlar Vəliyev ittihamlarla bağlı Gununsesi.info-nun sorğusuna cavab verib. Hərbi prokuror bildirib ki, bu barədə iddiaları qəbul etmir: “Mən bu iddiaları eşitmişəm. Amma yalandır. Ümumiyyətlə, hesab edirəm ki, bu nağıldır və kim danışırsa, nağıl söyləyir”, deyə cavab verib.

Saytın əməkdaşı konkret faktları hərbi prokurora xatırlatsa da, Xanlar Vəliyev “mətbiat xidmətimə müraciət edin, geniş açıqlama alın” deyərək, telefonun dəstəyini asıb.

PİA.az-ın əməkdaşı Xanlar Vəliyevin bu açıqlamasına uzun müddətdir bu məsələni gündəmdə saxlayan və araşdıran şəxs kimi tanınan, hazırda ABŞ-da yaşayan sabiq təhlükəsizlik xidməti əməkdaşı, politoloq Ərəstun Oruclunun fikirlərini öyrənib.

Ərəstun Oruclu: “Bu bəyanatı verməsi göstərir ki, Xanlar Vəliyev qorxu içindədir. Törədilmiş cinayətlərə görə böyük məsuliyyət payının olduğunu dərk edir. Hər halda bu pis əlamət deyil”.

Tərtər İşi” kimi böyük məsuliyyət yaradan bir məsələyə ölkənin hərbi prokurorundan bu səviyyədə bir reaksiyanın verilməsindənsə, susmağın yaxşı olduğunu düşünən siyasi şərhçi PİA.az-a bildirib ki, bu necə nağıl ola bilər ki, Xanlar Vəliyevin rəhbərlik etdiyi Hərbi Prokurorluğun ittihamı əsasında 15 nəfərədək adam mühakimə olunublar, onların bəziləri isə ölümündən sonra bəraət alıblar. İşgəncə altında öldürülən şəxslərin ailələrinə bildirilib ki, onların övladı xain olmayıb:

“Hərbi prokuroru Xanlar Vəliyevin bəyanatı çox gülünc oldu. Eyni zamanda da bu çox acınacaqlı bəyanatdır. Çünki artıq bütün cəmiyyətdə müzakirə predmeti olan, neçə müddətdir gündəmi tutmuş həmin bu işgəncələr məsələsinə görə Xanlar Vəliyevin rəhbərlik etdiyi Hərbi Prokurorluq birbaşa məsuliyyət daşıyır. Uzun müddətdən sonra isə Xanlar Vəliyev sükutunu pozdu, amma özünü gülünc vəziyyətə qoydu və hərbi prokurorun bu hadisələri nağıl adlandırması onu göstərir ki, bu rəsmi şəxsin irəli sürülən ittihamlara qarşı heş bir arqumenti yoxdur

Ümumiyyətlə mənə dövlət orqanlarının “Tərtər qətliamı” ilə bağlı susqunluğu çatmır. Anlamıram, niyə bu məsələni araşdırmaq istəmirlər və ya heç olmasa məsələyə niyə reaksiya vermirlər? Düzdür Xanlar Vəliyev kimi reaksiya verməkdənsə, verməmək yaxşıdır. Çünki Xanlar Vəliyev deyir ki, irəli sürülən ittihamlar hamısı yalandır və nağıldır. Halbuki Xanlar Vəliyevin rəhbərlik etdiyi Hərbi Prokurorluğun ittihamı əsasında 15 nəfərədək adam mühakimə olunublar, onların bəziləri isə ölümündən sonra bəraət alıblar. İşgəncə altında öldürülən şəxslərin ailələrinə bildirilib ki, onların övladı xain olmayıb. Düzdür ittiham aktlarında qətlləri gizlədiblər. Həmçinin məhkəmə tibbi ekspert rəyləri saxtalaşdırılıb və ölüm səbəbi kimi işgəncələr göstərilməyib. Alınmış xəsarətlər də göstərilməyib. Amma hər bir halda mühakimə olunanlar olub. Ölənlər də var, sərbəst buraxılanlar da. Bu ittihamları isə məhz hadisəni yaşayanlar, onların ailələri irəli sürür.

Ərəstun Oruclu: “Normal hüquqi sistem olan ölkədə ümumiyyətlə Xanlar Vəliyevin kimi bir məsuliyyət daşıyan rəsminin bu şəkildə danışması mümkün deyil”.

Normalda Xanlar Vəliyev məsələnin araşdırılması üçün üzərinə düşən vəzifəni yerinə yetirməli və işgəncə faktlarını araşdırıb həqiqəti ortaya qoymalıdır. Lakin bunun əvəzinə ölkənin hərbi prokuroru sadəcə bütün baş verənləri nağıl kimi dəyərləndirir.

Xanlar Vəliyevin bu hadisələri nağıl adlandırması onu göstərir ki, adam başını itirib. Onun başını itirməsi ilə bağlı xeyli tibbi əsaslar var. Xanlar Vəliyev əsrin cinayəti dediyimiz Tərtər qətliamının məsuliyyətini daşıyanlardan biridir. Bütün ittihamlar onun rəhbərlik etdiyi Hərbi Prokurorluq tərəfindən irəli sürülüb. Saxta ittihamlarla insanlar tutulub. İşgəncə əsasında alınmış ifadələr əsasında insanlar ittiham olunub. Özlərinin etirafına görə yenə də işgəncə altında boyunlarına aldıqları ittihamlar əsasında mühakimə olunublar.

Təbii ki, Xanlar Vəliyev bu işlərə görə məsuliyyət daşıyır. Əslində “Tərtər İşi”nin obyektiv şəkildə araşdırılmasının təmin olunması üçün o, çoxdan vəzifəsindən alınmalı idi. Normal hüquqi sistem olan ölkədə ümumiyyətlə Xanlar Vəliyevin kimi bir məsuliyyət daşıyan rəsminin bu şəkildə danışması mümkün deyil. Bu şəkildə danışması onu göstərir ki, hərbi prokuror baş verənlərə görə öz məsuliyyətini bilir, lakin məsələni ən primitiv şəkildə ört-basdır etməyə çalışır.

Mən hesab edirəm ki, məsələnin bu cür şişməsinin, uzun müddətdir ki, gündəmdə qalmasının bir nəticəsi olacaq.

Məntiqsiz, heç bir hüquqi əsası olmayan, özü görmüş olduğu işlərə zidd olan bu bəyanatı verməsi göstərir ki, Xanlar Vəliyev qorxu içindədir. Törədilmiş cinayətlərə görə böyük məsuliyyət payının olduğunu dərk edir. Hər halda bu pis əlamət deyil”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Ən çox oxunanalar