Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu bağçada uşaqlara qurdlu yemək verilir – Gizli video

Lənkəran şəhəri 5 saylı uşaq bağçasının keçmiş tərbiyəçisi Mirzəyevə Nuridə Arif qızı bağçanın müdiri Aybəniz Hüseynovanın ayrılan ərzağı təyinatı üzrə istifadə etmədiyi haqda ittihamlar səsləndirib

"2014-2018-ci illərdə Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsində çalışmışam. İşdən çıxarılmağıma səbəb dövlət tərəfindən verilən ərzaqların təyinatı üzrə istifadə edilməməsi olub. Belə ki, bu barədə müdirimiz Aybəniz xanıma yaxşınlaşaraq, fikrimi bildirdim. Hətta məndən əvvəl valideynlər də narazılıqlarını bildirmişdilər.

Aybəniz Hüseynova isə cavabında bildirib ki, xoşunuza gəlmirsə, uşağını başqa bağçaya apar. Mən Aybəniz xanıma o sözü deyəndən üç saat sonra icra nümayəndəliyindən Günəş adlı qadın gəldi və bildirdi ki, sənin bağçada hazırlanan yeməklərə qarışmağa ixtiyarın yoxdur. Və mənə icra başçısının əmri ilə işdən azad edildiyimi dedi. Hazırda haqqımın tanınması üçün məhkəməyə müraciət etmişəm".

N.Mirzəyeva valideynlərlə direktorun bu barədə söhbətindən çəkilmiş videonu da yayıb. Videoda valideynlər uşaqlara verilən yeməyin keyfiyyətsiz olduğunu, bəzi yeməklərdən qurd çıxdığını deyirlər.

Direktor Aybəniz Hüseynova barəsində səsləndirilən fikirləri təkzib edir:

"O müəllimə işə gec gəlirdi, vaxta riayət etmirdi, uşaqlarla məşğələlər keçmirdi. Mən də ona irad bildirdim. Biz nümunəvi bağçayıq, qidayla bağlı problemimiz yoxdur. Dəfələrlə irad bildirsəm də, qaydalara əməl etmədi. Ona görə də işdən çıxarılıb".(Ölkə.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar