Yunanıstanın Çuha adasına köçənlərə hər ay 500 avro pul ödəniləcək
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, bələdiyyə başçısı Andreas Çarçalakis Çuha adasında əhalinin sayını artırmaq üçün bu qərara gəldiklərini deyib:
“Ada çox gözəldir. Bir neçə gün əvvəl buraya 3 uşağı olan ailə köçdü və adamız bu uşaqların sayəsində şənləndi. Adamıza daha 3 gənc ailə axtarırıq”.
Hazırda adada cəmi 24 nəfər yaşayır.
pia.az