Bazar ertəsi, 17 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

“Bu, xəyanətə bərabərdir” – Məşhur mafia liderindən Azərbaycandakı mitinqlə bağlı çağırış

Türkiyənin kriminal aləminin liderlərindən olan Sedat Peker Azərbaycanda 2 noyabra təyin olunmuş razılaşdırılmamış etiraz aksiyası haqqında danışıb...

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur mafia lideri Azərbaycan vətəndaşlarına sosial şəbəkədən çağırış edərək bu sözləri deyib:

“Əziz dostlar, şanlı ölkəmizi dəstəkləyən, imperializmin zülmünə qarşı çıxan qardaş Azərbaycanın küçələrini qarışdırmaq cəhdini siz də müşahidə edirsiniz. Sözü uzatmadan bildirmək gərəkir ki, bu hadisələrin Azərbaycan üçün “Gəzi hadisələri”dir. Yaxşı niyyətlə öz hüquqları uğrunda mübarizə aparanlardan istifadə edərək Azərbaycanı xaosa sürükləmək istəyirlər. Azərbaycanda bir neçə ay əvvəl qazilərə qarşı edilən davranış yanlış idi, amma bu davranışı əlində bayraq edib ölkəni xaosa sürükləmək birbaşa xəyanətə bərabərdir.

Haqqı uğrunda yola çıxdığını söyləyən saf qardaşlarım, bu yalana inanarsanız sabah haqqı axtardığınız ölkənin belə qalmayacağını görəcəksiniz. İmeralistlərin oyuncağı olacağınızı indidən görümürsünüzmü? Azərbaycandakı bütün qardaşlarıma səslənirəm. Hər kəs bu yalanın bir parçası olmağı qəbul etsə də, DİFAİ təşkilatını qurub vətəni müdafiə edən gəncəli milliyətçilərlə bərabər, bütün dünyadakı türk milliyətçiləri Azərbaycanı və onun Prezidenti İlham Əliyevi ölümünə qoruyacaqlar. Azərbaycanın milliyətçi can qardaşları, bunu yaxşı bilin ki, təsbehin muncuqları gedərsə, təsbeh dağılar”.

Qeyd edək ki, 19 oktyabrda Milli Şura Bakının mərkəzində - “28 May” metrostansiyası yaxınlığında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Milli Şuranın daha bir aksiyası isə noyabrın 2-ə təyin olunub.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Sedat Peker


loading...

Ən çox oxunanalar