Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BŞBPİ: "İqbal Ağazadənin evinə gedən elektrik xəttinin kəsilməsi faktı araşdırılır"

Ümid Partiyasının sədri İqbal Ağazadənin yaşadığı evin elektrik xətti kəsilib...

Bu barədə İqbal Ağazadə facebook səhifəsində yazıb. Artıq ikinci dəfədir yaşadığı evin elektrik xəttinin naməlum şəxs tərəfindən kəsildiyini qeyd edən İ.Ağazadə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyini bildirib: “təxminən ay yarım öncə gecə saatlarında naməlum şəxs tərəfindən evimə gələn əsas elektrik xətti xüsusi alətlə kəsilib, qaz sayğacından evə qaz dolmasını xəbərdar edən xətt sıradan çıxarılıb.

Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edərək olayın araşdırılmasını xahiş etdim. Ərizəmə video görüntüləri də əlavə etmişəm. Hadisəni törədən şəxsin kimliyini müəyyən etmək o qədər də çətin deyildi. Lakin ötən müddət ərzində bununla bağlı ciddi bir nəticə əldə edilməyib. Bu gün yenə də gecə saatlarında işıqlarımız söndü. Qonşuların işıqlarının yanması məndə olayın təkrarlandığı qənaəti yaratdı. Mən dərhal küçəyə çıxdım və işığı kəsən adamın qaçdığının şahidi oldum.

Uzun təqibdən sonra həmin şəxsi yaxaladım. Əlində xüsusi kəsici alət və özünü müdafiə üçün idman çubuğu var idi. Müqavimət göstərsə də onu saxlamağa müvəffəq oldum. Həmin şəxsi Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə təhvil verdim. Hüquq- mühafizə orqanlarından, xüsusilə də cənab nazir Vilayət Eyvazovdan hadisənin araşdırılması üçün tapşırıq verməsini xahiş edirəm”.

Hadisəyə münasibət bildirən Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev APA-ya açıqlamasında deyib ki, hazırda məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar