Bazar günü Brüsseldə təşkil oluanan “Avropanın azadlıq nümayişi” təhlükəsizlik qüvvələrilə toqquşmalara səbəb olub.
Görüntülər sosial şəbəkələrdə yayılıb. Asayişi qoruyan polis əməkdaşları nümayişçilərə qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər.
Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər əleyhiə keçirilən aksiyada Belçika, Fransa, Almaniya, Lüksemburq, Niderland, İspaniya, İtaliya sakinləri olmaqla 10 minlərlə insanın iştirak etdiyi bildirlib. (oxu.az)
pia.az