Böyük Britaniyada son sutka ərzində 40 954 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 8 853 227 nəfərə çatıb.
APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 263 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 139 834 nəfərə çatıb.
pia.az