Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyada karantin rejimi daha üç həftə uzadılır

Britaniya hökuməti koronavirusla bağlı karantin rejiminin daha üç həftə davam edəcəyini deyib...

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə ölkənin Xarici İşlər naziri Dominik Raab hökumətin koronavirusla bağlı günlük keçirdiyi brifinqdə bildirib.

“Hökumət hazırkı karantin rejiminin ən az növbəti üç həftə ərzində davam etməsi bəradə qərar qəbul edib”,- deyə o bildirib.

Xarici İşlər naziri hökumətin bu qərarı Fövqəladə Hallar üzrə Elmi Məşvərət Qrupunun (SAGE) məsləhətlərini nəzər alaraq verdiyini deyib. O, bu qərarın koronavirusun pik həddə çatacağı təqdirdə onunla ən yüksək dərəcədə mübarizə aparmaq üçün çox vacib olduğunu bildirib.

Xatırladaq ki, Britaniyda hazırkı karantin rejiminin şərtlərinə görə, ölkədəki bütün əyləncə, istirahət mərkəzləri, alış-veriş mərkəzləri, kinoteatrlar, kafe və pivəxanalar, əksər restoranlar və iş yerləri bağlanıb. İnsanlar evlərindən çölə yalnız bir neçə halda çıxa bilər. Onlar gündə bir dəfə idmanla məşğul olmaq üçün yaxınlıqdakı parka, ərzaq mağazalarına, marketlərə gedə bilər. İki nəfərdən artıq toplaşmaq isə qadağan olunub.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar