Böyük Britaniyada son sutka ərzində 55 761 nəfər koronavirusa yoluxub.
APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.
Bununla da krallıq ərazisində hazırda koronavirusa yoluxanların ümumi sayı 3 316 019 nəfərə çatıb.
Son sutka ərzində 1280 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 87 295 nəfər olub.
pia.az