Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyada 8 evi olan xarici mafioza qarşı “Zamirə qanunu” tətbiq edildi

Britaniya polisi ötən gün iyulun 18-də bəyan edib ki, silahlı soyğunçuluq və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan bandalarla əlaqələrdə şübhəli bilinən xarici biznesmenin əmlakının dondurulmasına qərar verilib

Həmin biznesmenin adı açıqlanmır.

Cinayətkarlıqla mübarizə üzrə Milli Agentliyin bəyanatında deyilir ki, həmin biznesmen barəsində İzahedilməz Sərvətlər Qanunu (UWO) çərçivəsində sorğu alıb. Həmin sorğuya əsasən biznesmen 12.5 milyon dollar dəyərində daşınmaz əmlak imperiyasının mənbəyini açıqlamalıdır. Çünki pulların cinayət yolu ilə əldə edildiyi haqda şübhələr var.

Aktivlərin dondurulması haqda soruğu o deməkdir ki, həmin biznesmenin Böyük Britaniya boyu əldə etdiyi daşınmaz əmlak obyektləri polisin araşdırmasının başa çatdırılmasına qədər satıla və başqasına verilə bilməz.

“Reuters” agentliyi qeyd edir ki, UWO əsasən korrupsiyaya bulaşmış xarici məmurlar və onların ailə üzvlərinin Britaniyada əldə etdikləri sərvətin mənbəyini açıqlamağa məcbur etmək üçün qəbul edilib. Məqsəd Böyük Britaniyaya çirkli pulların axınını dayandırmaqdır. Həmin qanun ötən il ilk dəfə Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı Zamirə Hacəyevaya qarşı tətbiq olunub. Onun on milyonlarla funt dəyərində aktivlərinə həbs qoyulub. Hazırda Londonda Z.Hacıyevanın Azərbaycana ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilir.

“Bu sorğular Böyük Britaniya daxilində dövr edən və ölkəyə xaricdən daxil olan qanunsuz maliyyənin mənbəyini araşdırmaq üçün güclü alətdir”,-Cinayətkarlıqla mübarizə üzrə Milli Agentliyin (NCA) bölmə rəhbəri Endi Lyuis bildirib.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar