Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya səfiri: "Azərbaycanlı paralimpiyaçılar ölkəsinin qürurudur" - Foto

Böyük Britaniya səfirinin iqamətgahında Azərbaycana səfər etmiş Britaniya Paralimpiya Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib...

Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp qonaqları salamlayıb.

Paralimpiya hərəkatının tarixi barədə məlumat verən britaniyalı diplomat bildirib ki, bu hərəkat 1948-ci ildə İkinci Dünya Müharibəsində yaralanmış əsgərlərin iştirakı ilə oxatma idman növü ilə başlayıb.

"Daha sonra paralimpiya oyunları qlobal hərəkata çevrilib, ancaq bu gün də oxatma idman növü yenə də bu hərəkatın əsas sütunlarından biridir", - səfir belə deyib.

London Paralimpiya oyunlarında azərbaycanlı iştirakçıların uğurlu performans göstərdiyini xatırladan C.Şarp - "azərbaycanlı paralimpiyaçılar ölkənizin qürur mənbəyidir. Onların uğurlu iştirakı hər kəsi mütəəssir etmişdi", - deyə vurğulayıb. Diplomat bildirib ki, səfirlik fiziki məhdudiyyətli şəxslərin inkişafı və fəaliyyəti istiqamətində layihələr həyata keçirməkdən qürur duyur: "Fiziki məhdudiyyətli şəxslər üçün Azərbaycanın gördüyü işlər bizi sevindirir və bu insanların nailiyyətləri valehedicidir".

C.Şarp bildirib ki, yanvar ayında "Botcha" idmanı üzrə Britaniyadan Azərbaycana məşqçi gələcək və burada seminarlar təşkil edəcək.

Daha sonra tədbirə qatılan Böyük Britaniya Paralimpiya Komitəsinin nümayəndəsi Toni Seynsburi çıxış edib. O, Britaniya səfirliyi və Azərbaycan Paralimpiya Komitəsi arasında əməkdaşlığın uğurlu nəticələrinin olacağını deyib.

Tədbirdə çıxış edən Azərbaycan Paralimpiya Komitəsinin sədri İlqar Rəhimov Heydər Əliyev Fondu və Paralimpiya Komitəsinin təşkilatçılığı ilə noyabrın 13-də baş tutacaq "Yenilməzlər" qala tədbiri barədə məlumat verib. Komitə sədri bildirib ki, bu tədbirə Pakistandan, Moldovadan və digər ölkələrdən qonaqlar qatılacaq.

İ.Rəhimov qeyd edib ki, Azərbaycan paralimpiyaçıları 2020-ci ildə keçiriləcək Tokio oyunlarına səylə hazırlaşırlar. London Oyunlarını xatırladan komitə sədri bu oyunların Azərbaycan paralimpiya tarixində ən uğurlu oyunlar olduğunu diqqətə çatıdırıb.

Tədbirdə "British Council"ın layihələrində iştirak etmiş fiziki məhdudiyyətli şəxslər çıxış edərək bu layihələrdəki təcrübələri barədə danışıblar.(APA)

pia.az


Etiket: paralimpiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar