Bazar, 25 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Britaniya imperiyasının sonu və Amerika imperiyasının yaranışı

Dünya hegemonunun aqibəti necə olacaq?

Rik Atkinson

“The Washington Post”, 02.07.2019

İmperiyanı yaratmaq çətin, amma onu sabit saxlmaq daha çətindir. Durğunluq başlayan kimi, imperiyadakı mərkəzdəqaçma qüvvələri – davamlı gərginlik, təkəbbür, strateji yanlış hesablama, həm xarici, həm də daxili düşmənlər ona təhlükə yaradır.

243-cü Müstəqillik Gününü və müasir dünyanın hegemon Amerika imperiyasının yaranışını qeyd edərkən, 18-ci əsrdə əzmkar və qanlı 8 illik müharibə ilə, əleyhinə üsyan etdiyimiz Britaniya imperiyası haqqında düşünməliyik.

Biz bu anqlo-imperiuma daha çox bənzəməyə başlamışıq və bəlkə də, şübhələnirik ki, kral III Corc və onun milləti üçün kədər doğuran eyni aqibətlə qarşılaşırıq.

Avropalı düşmənlərə qarşı bir neçə nəsil müharibə, 1763-cü ildə Fransa və İspaniyaya qarşı 7 illik savaş zəfərlə sona çatıb. Həmin müharibə “Amerikada fransız və hind müharibəsi” adlandırılıb.

Britaniya mavi donanması böyük atəş enerjisi yığıb və qoşunlarını geniş məsafələrə daşımaq üçün kifayət qədər dəniz sərbəstliyi qazanıb: Kvebek və Havana şəhərlərindən ta Manilaya qədər.

London bu savaşı İmperiya uğrunda “Böyük müharibə” adlandırıb.

Bir xoşbəxt britaniyalının təbirincə, “Bizim zənglər zəfər çağırışı ilə doludur”.

Paris müqaviləsi çərçivəsində əldə olunan qənimət güclü silahlarla qazanılanların ən böyüyü olub: Kanada ilə birlikdə, Appalaç dağlarından yarım milyard akr məhsuldar torpaqlar, Vest-İndiada şəkər adaları, habelə Florida və Hindistanda bəzi ərazilər.

Britaniya müharibədən tarixdə ən güclü hərbi dəniz və dünyanın ən böyük ticarət donanması ilə çıxıb – 8 min gəmi. O, rəqiblərini cəzalandırıb və Avropanın Asiya, Afrika və Şimali Amerika ilə ticarətində üstünlüyə sahib olub.

1773-cü ildə yazıçı Corc Makartni onu “daim günəşli bu böyük imperiya” kimi vəsf edib.

Britaniya öz güclü inqilabları – aqrar və sənaye – ilə qüdrətlənib. 18-ci əsrin ilk yarısında bütün Avropada iqtisadi böyümənin əksəriyyəti İngiltərədə baş verib. Bu, 1769-cu ildə patentləşdirilmiş buxar mühərrikinin peyda olması və bir il sonra iplikçəkmə maşınının ixtirası ilə artıb. Kanallar çəkilib, yollar inşa olunub, magistrallar açılıb, kömür istehsal olunub, dəmir əridilib. Qoyunların sayı həmin əsrdə 2 dəfə artıb; inəklərin çəkisi də üçqat.

Şotlandiya yazıçısı Ceyms Bosvell yazırdı: “Xoşbəxtliyin bitdiyini hiss etdim. Mən yalnız oturdum və fikrən özümü qucaqladım”.

Bütövlükdə, Britaniya yeni imperiyanı öz ləyaqətinin təsdiqi sayırdı. Həmçinin, dözümlülük və döyüş ustalığı, eləcə də milli zənginlik və hakimiyyət mənbəyi. Koloniyalar ana ölkəni xammalla təmin etmək və orada istehsal olunan məhsulları satın almaq üçün mövcud idi; daha dünyada öz yolunu tapmaq və ya kütlələrin rifahını artırmaq üçün deyil.

Amma Britaniya Böyük müharibədən İmperiya borcları ilə çıxmışdı. Faiz ödənişləri hökumətin qoyduğu illik vergi gəlirlərinin yarısını udurdu. Britaniyalılar Avropanın ən çox vergi ödəyən vətəndaşları idi. Sabundan tutmuş duza və köhlən atlara qədər malın qiymətindən 25 faiz artıq aksiz haqqı ödəyirdilər.

Müstəmləkələrin bu yükü qaldırmaqda kömək etməsi ədalətli görünürdü: tipik bir amerikalı, Xəzinədarlığın hesablamalarına görə, Krallığa vergilər üzrə ildə 6 pensdən çox pul ödəyirdi. Bu, bir ingilisin orta gəlirinin beşdə biri qədər idi.

Amma amerikalılar 1765-ci ildə istər Tuğra yığımı Qanunu, istərsə də bir neçə il sonra qüvvəyə minən Tauşend Aktına əsasən, öz razılıqları olmadan vergi vermək üçün hər cür cəhdə qarşı çıxırdı. Bostonda qiyama səbəb olan çay vergisi də bu qəbildəndir. 1773-cü ilin dekabrında amerikalılar Boston limanına gətirilmiş 45 ton “Bohea”, “Congou”, “Singlo”, “Souchong” və “Hyson” çayını dənizə tökdülər. 1775-ci ilin aprelində Leksinqtonda və Konkordda üsyanın alovlanması müharibəyə sürüklənmə ilə bitdi.

Kral Corcun hücum qərarına baxmayaraq, bəzi ingilis ziyalıları 3 min mil o üzdə müharibə aparmağın məqsədəuyğunluğuna şübhəylə yanaşırdılar. 1776-cı ildə “Millətlərin Sərvəti” adlı əsəri ilə siyasi iqtisadiyyatı zənginləşdirən şotland filosof Adam Smit iddia edirdi ki, öz müstəmləkələrindən imtina Britaniya üçün daha yaxşı çıxış olardı. Yeni Dünya “bir imperiya deyil, imperiya layihəsi idi”, – deyən Smit əlavə edirdi: “O, qızıl mədən deyil, qızıl mədən layihəsi… sadəcə gəlir yerinin itirilməsidir”.

Eyni şəkildə, 7 illik müharibədə İngiltərənin zəfərini hazırlamış Uilyam Pitt hökumətin axmaqlığını qınayırdı. “Qüdrətli qitə millətinə qarşı quldarlığı sırımaq, müstəbidlik qurmaq üçün bütün cəhdlər boş yerə vaxt itirmədir”, – deyə o xəbərdarlıq edirdi.

İrland siyasi mütəfəkkir Edmund Börk Nümayəndələr Palatasında bildirmişdi: “Vətəndaş müharibəsinin dəhşəti… imperiyamızın parçalanması və ya qısır və fəlakətli bir fəthlə tamamlana bilər”.

Bir çox ingilis tacirləri – Staffordşirdəki dulusçular və pinəçilər, Bridportdakı balıqçılar – Amerika bazarlarının itkisi ilə işlərinin sarsılmasından qorxurdular, çünki kolonistlər Britaniyada hazırlanmış məhsulların 20 faizini alırdılar və daha böyük sayda şüşə qab, ingilis ipi, kamvol corab və xəz papaq kimi bəzi ingilis sənaye mallarının istehlakı da onlara aid idi.

Lakin parlamentin hər iki palatasındakı çoxsaylı əksəriyyət koloniyaların imperiya əmrlərinə itaət etməsini təkid etdi. Esseist və leksikoqraf Samuel Conson amerikalıları “məhkum irq” adlandırdı. “Onları hələ də dar ağacından asmadığımız üçün bzə minnətdar olmalıdırlar”. Ceyms Bosvell həmkarı haqqında yazırdı: Conson “təhdid və qırğın vədləri yağdıraraq, amerikalıları soyğunçu, quldur adlandırır və onları yandırıb məhv edəcəyini bağırırdı”.

Kral və onun nazirləri bir sıra strateji yanlışlığa yol verdilər. Məsələn, koloniyalar arasında loyalist dəstəyin dərinliyini və ingilislərin atəş enerjisinə qarşı çıxan üsyanın müqavimət gücünü səhv hesabladılar. Bundan başqa, London Amerika koloniyalarının imperiyadan ayrılmasına imkan vermənin Kanada, İrlandiya, Hindistan və Vest-İndiadakı şəkər adalarında qiyama təşviq edəcəyini düşündü.

Domino dağıldı, Böyük Britaniya, Nümayəndələr Palatasının xəbərdarlıq etdiyi kimi, “dünyanın xəritəsində primitiv heçliyə çevrildi”. Kabinə katibi Lord Dartmut kinayə ilə əlavə etdi ki, “məhvin ardınca ünsiyyətsizlik başlayacaq”.

İmperiyanın parçalanması ilə, yoxsul Böyük Britaniya artıq “Avropanın ikrahı” idi və öz qitə düşmənləri – Fransa və İspaniyanın 1763-cü ildən bəri gözlədikləri intiqam anı ümidini dirçəltdi.

Ekspedisiya müharibəsinin təhlükələrini düzgün qiymətləndirənlərdən biri Londonda, Bentink prospektindəki evində, 1776-cı ildə “Roma imperiyasının kiçilməsi və iflası tarixi” adı ilə nəşr olunacaq araşdırmanı yazmış, buxaqlı çənəsi və donqar burnu olan, bəstəboy bir adam idi. Parlamentin üzvü kimi, Edvard Qibbon Taxt-Taca sədaqətli qalır və dostunu xəbərdar edirdi: “Bizdə həm hüquq, həm də güc var. İndi ticarət və imperiyanı ya qoruyub saxlamaq, ya da əbədi itirmək üçün həlledici ana gəlib-çatmışıq”.

7 illik müharibə dövründə Amerikada hərbi xidmət göstərən ingilis siyasətçisi və ordu məmuru parlamenti 5 min əsgərin koloniyalardan rahatlıqla keçə biləcəyinə əmin etdi. Çünki amerikalılar “hər cür nizam-intizamdan tamamilə uzaqdır”, buna görə də, İngiltərə ordusuna qarşı çıxmağa heç vaxt cəsarət edə bilməzlər.

Britaniya tezliklə ordu və dəniz birləşməsini 8 il davam edəcək bir mübarizəyə yönəldəcək, 1300-dən çox döyüş əməliyyatı, əsasən kiçik və qanlı, üstəgəl 241 dəniz döyüşü baş verəcək. Tomas Peynin, Şimali Amerikada Kral Dəniz Qüvvələrinin komandiri admiral Lord Riçard Hounun yazığı kimi, “əvvəlki bütün müharibələrdə yalnız ordularla mübarizə aparmışıq. Amma indi həm ordu, həm də döyüşən bir ölkə ilə”.

Həqiqətən də, bəzi ingilis komandirlərin Amerikada “bəşər torpağı”ndan – üsyançılara qarşı müasir doktrinadan ifadə etməsi olduqca çətin idi.

Son araşdırmalara görə, İnqilab dövründə koloniyalarda yaşayan 2 milyon ağ amerikalının təxminən 20 faizi Taxt-Taca sadiq qalıb. Bu azlığı çoxaltmağa çalışarkən, general Henri Klinton, iki əsr sonra Vyetnamdakı kimi, “Amerikanın qəlbini ovsunlamaq və zəkasını ram etməy”i düşünürdü.

“Bəşər torpağı”nda yarım milyon qara qul vardı, Müstəqillik Bəyannaməsində “bütün insanlar bərabər yaradılıb” yazılsa da, qullar çıx-daş edilirdi. Uzun müddət qlobal qul ticarətinə üstünlük verən, lakin tədricən onu aradan qaldırmaq üçün hərəkət edən Britaniya üsyankar amerikalı sahiblərindən qaçan və ya başqa bir şəkildə Taxt-Taca kömək edən qulları azad etmək təklifi irəli sürdü. Belə təşəbbüslər amerikalı quldarları qəzəbləndirdi, amma Britaniya döyüş fəthlərini artırmağa və ya əsarətdə olanların kiçik hissəsini azad etməyə müvəffəq olmadı.

3 min gün davam edən müharibədə İngiltərənin çatışmazlıqları daha aydın oldu. Bir neçə istisna olmaqla, Britaniya generalları, ümumiyyətlə, respublikaçı gələcəyinə inanan Amerika temperamentini düzgün qiymətləndirmədilər.

III Corc sərsəm olmasa da, inadkar və qeyri-çevik idi. Kralın əhatəsi – nazirləri və parlament müttəfiqləri də zəif, qeyri-çevik, bəsirətsiz. Simasını itirmək və nüfuzdan düşmək istəməyən London yanlış hesablamalarla özü-özünü aldadırdı.

Müharibə teatrı tezliklə Şimali Amerikadan geniş Qərb yarımkürəsinə və kənara genişləndi, çünki Britaniya, Fransa, İspaniya və Hollandiya da daxil olmaqla, düşmənləri ilə müharibəyə qoşuldu. İngilis yazıçısı və tarixçisi Horas Uolpol yazırdı: “Bu elə müharibədir ki, hətta qələbə də bizi məhv edə bilər”.

Əlbəttə, heç bir qələbə olmadı. İngiltərənin, son nəticədə, nə kifayət qədər döyüş gəmisi, nə əsgəri, nə də ardıcıl strategiyası və siyasi iradəsi vardı. Bütün qüsurlarına baxmayaraq, amerikalılar dözümlülük və yetərincə döyüş şücaəti nümayiş etdirdilər.

1783-cü ildə müharibəni sona çatdıran müqaviləyə əsasən, Britaniya imperiyası ərazisinin təxminən üçdə bir hissəsini itirdi. Münaqişə 128 milyon funt sterlinqə başa gəldi və yüzlərlə ingilis, həmçinin 30 min muzdlu alman həyatını itirdi.

Ancaq tarix sürətlə irəli hərəkət edirdi. İkinci Britaniya imperiyası növbəti əsrdə, Napoleonu məğlub edib imperiyasını çökdürəndən sonra, dünya hökmranı olanda, 1836-cı ildə Çarlz Darvin demişdi: “…ingilis kimi doğulduğuma görə özümü təbrik edirəm”.

Amma təxminən uzun müddət sonra da o, dünya səviyyəli oyunçu statusunu itirilməkdən qorxurdu. Uinston Çörçill 1942-ci ildə bəyan etmişdi: “Mən Britaniya imperiyasının ləğvinə başçılıq etmək üçün kralın baş naziri olmalıyam”. Əslində, II Dünya müharibəsindən sonrakı anti-müstəmləkə iğtişaşında imperiya əriyirdi. “Brexit” də “primitiv heçliy”ə dair ingilis həyəcanının son akkordudur.

İngilis və Amerika imperiyalarının müqayisələri, xüsusilə XX əsrdə inkişaf etmiş imperiumun 18-ci əsrdəki halını qiymətləndirərkən, oxşarlığı tapmaq asandır. Hər ikisi böyük hərbi qüvvələr, o cümlədən donanmalara malikdir. Hər ikisi daim xarici bazarlar və resurslar axtaran bazar kapitalizminə sadiqdir. Hər ikisi, əsasən, güclü demokratiyalarda yaranıb, siyasi liberalizm, mədəni və fərdi azadlıqları qoruyub saxlayıb, amma tez-tez mühafizəkarlığa meyllənir.

Hər ikisi də, məsələn, təkəbbürlük kimi qəbul edilə biləcək yevangelist ruhlu ekspansionizm və cəza ekspedisiyaları da daxil olmaqla, xarici sərgüzəştlər sərgiləyib. Müttəfiqləri həm özündən uzaqlaşdırıb, həm də yaxınlaşdırıb. 2019-cu ildə Amerika tərəfindən tətbiq olunan diplomatiya tez-tez yaxın tərəfdaşlarımıza “barmaq göstərmə”, 243 il bundan öncə Britaniyada olduğu kimi, təhdid etmədir.

1776-cı ildən bəri güc, müxtəliflik, tolerantlıq və şəffaflıq səviyyəsində çox-çox irəli getmişik. Biz onlar deyilik, amma alma almaya bənzəyir.(Tərcümə: Strateq.az)

pia.az

Etiket:

loading...