Çərşənbə axşamı, 04 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Britaniya gəmisi beynəlxalq qanunlara uyğun saxlanılıb” – İranlı nazir

Böyük Britaniya gəmisinin saxlanılması beynəlxalq qanunlara uyğun həyata keçirilib

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz “Twitter” səhifəsində İran tərəfindən Britaniya gəmisinin saxlanılmasına münasibət bildirərkən deyib.

“Böyük Britaniyanın neft tankerinin saxlanılması beynəlxalq gəmiçilik qaydalarına tamamilə uyğundur. Cəbəllütariqdə Böyük Britaniyanın dəniz piratlığı etməsinin əksi olaraq biz Fars Körfəzində işimizi beynəlxalq qaydalara uyğun aparırıq. Böyük Britaniya ABŞ-ın iqtisadi terrorizmində şərik olmaqdan çəkinsin”, – deyə Məhəmməd Cavad Zərif bildirib.

O həmçinin qeyd edib ki, Hörmüz boğazı və Fars Körfəzinin təhlükəsizliyini İran təmin edir.

Qeyd edək ki, ötən gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Donanması Hörmüz boğazında Britaniyanın “Stena Impero” adlı neft tankerini beynəlxalq dəniz qaydalarına əməl etmədiyinə görə saxlayıb. Britaniya gəmisi Hörmüz boğazında digər gəmilərin əks istiqamətində – çıxışdan girişə doğru hərəkət edib, gəminin coğrafi mövqeyini göstərən qurğu söndürüldüyü və İran tərəfinin xəbərdarlıqlarına əhəmiyyət vermədiyi üçün saxlanılıb.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Operativ Qərargah məktəblərin yeni tədris ilində açılması məsələsinə aydınlıq gətirib

25 ildir Rusiyada gizlənən azərbaycanlı həbs olundu

Rus oliqarx, Natanel Rotşild və Monteneqro prezident yaxtada eskort qızlarla yaxalandı...

Fəttah Heydərovun dəfnində yüksək çinli məmurlar iştirak edib - Foto

Yaranmış vəziyyətə dövlət tərəfindən təcili müdaxilə olunmalıdır

"Onlayn qurban kəsə bilirsiniz, onlayn çimə bilmirsiniz?" - Deputat

Kəmaləddin Heydərovun atası, deputat Fəttah Heydərov vəfat etdi

Marqarita Simonyan: "Ulu nənəm Paşinyanın gözlərinə tüpürərdi"

loading...

Ən çox oxunanalar