Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya altı ölkəyə uçuşları dayandırır

Böyük Britaniya altı Afrika ölkəsinə uçuşları dayandırır.

Bu barədə Birləşmiş Krallığın səhiyyə naziri Sajid Cavid “Twitter”də yazıb.

Buna səbəb Cənubi Afrika Respublikası, Namibiya, Lesoto Krallığı, Botsvana, Esvatini və Zimbabvedə koronavirusun yeni- B.1.1.529 ştammının tapılmasıdır.

Onun sözlərinə görə, sözügedən Afrika ölkələri qırmızı siyahıya daxil ediləcək və uçuşlar müvəqqəti olaraq dayandırılacaq.

Cavid bildirib ki, alimlər yeni ştammdan son dərəcə narahatdırlar.

Yeni variantın Delta tipindən daha yoluxucu ola biləcəyini deyən britaniyalı nazır mövcud vaksinlərin də bu varianta qarşı daha az təsirli ola biləcəyini qeyd edib.

Ölkənin Səhiyyə Təhlükəsziliyi agentliyi UKHSA da yeni variantla bağlı açıqlama verərək onu “gördüyümüz ən pis variant” adlandırıb.

Qeyd edək ki, “super variant” olaraq xarakterizə edilən B.1.1.529 ştammında 32 mutasiya var.

Mütəxəssislərin fikrincə, hazırkı vaksinlərin bu varianta qarşı effektiv olub-olmadığı hələlik məlum deyil. Varianta az rastlandığı üçün onun çox da yoluxucu olmayan ştamm olduğu ehtimal edilir. (Anadolu agentliyi)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar