Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Brexit”in sonu necə olacaq? - Kim qazanacaq, Avropa Birliyi, yoxsa Britaniya?...

Politoloq: “Avropa Birliyi müəyyən məhdudiyyətlər yaratmaqla Breksit hadisəsindən həm iqtisadi, həm də siyasi yöndə qazanc götürmək istəyir”

ABŞ bütün zamanlarda istəyir ki, özündən asılı olan Avropa Birliyi mövcud olsun. Bu baxımdan ola bilsin ki, Breksit məsələsində həm də müəyyən mənada ABŞ maraqlıdır”.

Bu sözləri politoloq Natiq Miri Britaniya parlamentində bir neçə dəfə səsverməyə qoyulmağına baxmayaraq səsvermədən keçə bilməyən “Brexit”i PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Britaniya parlamenti yenidən Avropa Birliyi ilə razılaşdırılmış Breksiti təsdiq etmədi. Belə ki, 391 parlamentari qərarın “əleyhinə”, 242-i isə “lehinə” səs verib.

Öz növbəsində Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib ki, “Brexit”-in vaxtının təxirə salınması problemi həll etmir: “Avropa İttifaqı bizdən belə bir müddətin artırılmasını istəyəcək. Parlament bu məsələyə cavab verməlidir. Biz Avropa İttifaqından çıxmağa dair ərizəni geri qaytarmaq istəyirikmi? İkinci referendum istəyirikmi? Ya da biz başqa bir sazişlə Avropa İttifaqından çıxmaq istəyirikmi?”.

Qeyd edək ki, bu ilin yanvar ayında da parlament “Brexit”lə bağlı razılaşmanı rədd edib. Bu gün isə Britaniya parlamenti “Brexit” müzakirələrinin vaxtının uzadılıb uzadılmaması ilə bağlı qərar verəcək.

Avropa Birliyini və Britaniyanı kifayət qədər zəiflədən “Brexit”in arxasında hansı məqsədlər və hansı güclər dayanır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.

Natiq Miri: “Bu məsələnin içərisində ABŞ-ın da müəyyən geosiyasi maraqları ola bilər. Çünki ABŞ o qədər də güclü bir Avropa Birliyindən yana olan hegemon dövlət deyil”.

İngiltərədə mövcud olan siyasi müxalifət bundan sui-istifadə edərək yeni seçkilərə getməklə müəyyən siyasi mövqe qazanmaq və yaxud da siyasi hakimiyyətə gəlməyi hədəflədiklərini düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, məhz bu baxımdan parlamentdə anlaşmalı bir Breksit müqaviləsinin keçməsinə imkan verilmir. Yəni Breksit bir neçə dəfə səsverməyə qoyulsa da, müqavilə parlamentdə çoxluq tərəfindən müdafiən olunmur:

Avropa Birliyi müəyyən məhdudiyyətlər yaratmaqla “Brexit” hadisəsindən həm iqtisadi, həm də siyasi yöndə qazanc götürmək istəyir. Təbii ki, müqaviləli anlaşma çərçivəsində İngiltərənin Avropa Birliyindən ayrılmasını istəyir.

Həmçinin bildiyimiz kimi Avropa Birliyi ilə İngiltərə arasında bir də Şimali İrlandiya problemi var. Yəni “Brexit”dən sonra İrlandiya ilə Şimali İrlandiya arasındakı fiziki sərhədlərin götürülüb-götürülməməsi məsələsi bu gün əsas müzakirə predmetindən biridir.

Ayrıca Avropa Birliyində İngiltərənin bu qurumdan ayrılmasını istəməyən qüvvələr var. Təbii ki, həmin qüvvələr bu yöndə fəaliyyət göstərirlər. Eyni qüvvələr Böyük Britaniyada, İngiltərədə də mövcuddur.

Natiq Miri: ““Brexit”dən sonra İrlandiya ilə Şimali İrlandiya arasındakı fiziki sərhədlərin götürülüb-götürülməməsi məsələsi bu gün əsas müzakirə predmetindən biridir”.

Hətta İngiltərədə mövcud olan siyasi müxalifət də bundan sui-istifadə edərək yeni seçkilərə getməklə müəyyən siyasi mövqe qazanmaq və yaxud da siyasi hakimiyyətə gəlməyi hədəfləyirlər. Məhz bu baxımdan parlamentdə anlaşmalı bir “Brexit”müqaviləsinin keçməsinə imkan verilmir. Yəni Breksit bir neçə dəfə səsverməyə qoyulsa da, parlamentdə çoxluq tərəfindən müdafiən olunmur.

Bu məsələnin içərisində ABŞ-ın da müəyyən geosiyasi maraqları ola bilər. Çünki ABŞ o qədər də güclü bir Avropa Birliyindən yana olan hegemon dövlət deyil. ABŞ bütün zamanlarda istəyir ki, özündən asılı olan Avropa Birliyi mövcud olsun. Bu baxımdan ola bilsin ki, “Brexit” məsələsində həm də müəyyən mənada ABŞ maraqlıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket: Brexit

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar