Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BREXİT Avropa İttifaqını deyil, Britaniyanı dağıdır - Nələr baş verir?..

Politoloq: “Əgər 2020-ci ildə ABŞ-da Tramp yenidən prezident seçilsə, Böyük Britaniyanın Brexit məsələsi daha tez öz həllini tapacaq”

“Boris Conson öz ritorikasın dəyişdi və düşündü ki, radikal addımlar ataraq Böyük Britaniyanın Brexit-dən çıxmasına nail ola biləcək”.

Bu sözləri Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Britaniya parlamentinin BREXİT-i yanvarın 31-nə qədər təxirə salmasını PİA.az-a şərh edərkən qeyd edib.

Baş nazir Boris Conson hökuməti pis vəziyyətdə qalıb. Dünən sentyabrın 5-nə keçən gecə Britaniya parlamentinin aşağı Palatası BREXİT-in müddətini üç ay, 2020-ci il yanvarın 31-nə qədər təxirə salmaq barədə qanun qəbul edib.

Qeyd edək ki, bundan əvvəl Britaniyanın Baş naziri Boris Conson Avropa İttifaqı ilə razılaşmadan BREXİTi reallaşdırmaq üçün parlamentin fəaliyyətini oktyabrın 15-nə qədər dayandırmaq üçün kraliça II Yelizavetaya müraciət etmiş və kraliça bu təklifi qəbul etmişdi. Consonun özbaşınalığına qarşı artan etirazlar fonunda dünən Britaniya parlamenti BREXİT-in 2020-ci il yanvarın 31-nə qədər təxirə salmaq barədə qanun qəbul edib. Xatırladaq ki, bu həftənin sonunda Britaniya parlamenti oktyabrın 15-nə qədər öz fəaliyyətini dayandıracaq.

Parlamentin bu qərarına qarşı çıxan Baş nazir Boris Conson parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ilə bağlı parlamentə müraciət edib, lakin parlament bu təklifi rədd edib. Qeyd edək ki, Britaniya parlamentini buraxmaq üçün parlament üzvlərinin üçdə ikisinin səsi lazımdır.

BREXİTin 2020-ci il yanvarın 31-nə qədər təxirə salınması haqqında qəbul edilən qərar Britaniya parlamentinin yuxarı palatası tərəfindən də təsdiqlənməlidir.

Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən referendumda Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa İttifaqının tərkibindən çıxmasına səs vermişdi.

Ümumiyyətlə Brexit ətrafında nə baş verir və BREXİT-in Britaniyada yaradacağı fəsadlar idarə olunacaq səviyyədədirmi? Həmçinin Britaniyanın Avropa İttifaqından çıxışı mümkün görünürmü?

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Böyük Britaniyada Boris Consona müxalif olan partiyalar, hətta Boris Consonun öz partiyasının bəzi nümayəndələri də razılaşdırılmamış BREXİT-ə razı deyillər”.

Britaniyanın BREXİT-dən çoxdan çıxmalı olduğunu düşünən politoloq bildirib ki, Britaniyanın bu vaxta qədər BREXİT-dən çıxmamasının əsas səbəbi Britaniyada atlantistlərlər ilə kontinental Avropaçılar arasında baxış məsələlərində fikir ayrılıqlarının olmasıdır:

“Böyük Britaniya siyasətçiləri BREXİT-lə bağlı iki yerə ayrılıblar. Onlardan bir hissəsi, başda Boris Conson Britaniyanın Avropa İttifqından çıxmasının tərəfdarlarıdırlar. Digər hissə isə Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı əks mövqedə dayanırlar.

Dünən Britaniyanın aşağı palatasında nisbi çoxluqla qəbul edilən qərara əsasən üç ay müddətində BREXİT məsələsi təxirə salınmalıdır. Bu həftə ərzində Britaniyanın üst palatası da bu qərarı təsdiq etməlidir. Əlbəttə ki, Lordlar palatası bunu təsdiq etməyə də bilər. Hələ bununla bağlı qəti qərar yoxdur, amma görünən odur ki, Böyük Britaniyada Boris Consona müxalif olan partiyalar, hətta Boris Consonun öz partiyasının bəzi nümayəndələri də razılaşdırılmamış BREXİT-ə qarşı çıxırlar.

Zaur Məmmədov: “Hər bir halda Britaniya BREXİT-dən çıxmalıdır. Bunun üçün artıq bütün zəminlər yaradılıb. Sadəcə olaraq Britaniyanın Avropa İttifaqından hansı şərtlər altında çıxması sual altındadır”.

Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey də Britaniyanın BREXİT-dən çıxmağının tərəfdarı idi. Lakin Terea Mey Boris Consondan fərqli olaraq bunu mülaiyim yolla həll etmək istəyirdi. Meyin dövründə Böyük Britaniya parlamentində BREXİT-lə bağlı bir neçə müzakirələr aparılmışdı, amma bütün müzakirələr nəticəsiz bitdi. Buna görə də Boris Conson Baş nazir olan kimi öz ritorikasın dəyişdi və radikal addımlar ataraq Böyük Britaniyanın Avropa İttifaqı ilə razılaşmadan BREXİT-i reallaşdırmağa çalışır. Conson hesab edir ki, bu yolla BREXİT-ə nail ola biləcək. Lakin indi vəziyyət Tereza Meyin zamanından daha qarmaqarışıq hala düşüb. Consonun radikalizmi qarşılıqlı radikalizm yaradır.

Hər bir halda Britaniya BREXİT-i reallaşmalıdır. Bunun üçün artıq bütün zəminlər yaradılıb. Sadəcə olaraq Britaniyanın Avropa İttifaqından hansı şərtlər altında çıxması sual altındadır. Əgər Britaniya istəsəydi, BREXİT-i çoxdan reallaşdırardı. Britaniyanın bu vaxta qədər BREXİT-i rallaşdıra bilməməsinin əsas səbəbi odur ki, bu gün Britaniyada atlantistlərlərlə kontinental Avropaçılar arasında baxış məsələlərində fikir ayrılıqları var.

Onu da qeyd edim ki, əgər 2020-ci ildə ABŞ-da yenidən Tramp prezident seçilərsə, Böyük Britaniyanın BREXİT məsələsi daha tez öz həllini tapacaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar