Çərşənbə axşamı, 24 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Brejnevlə Qreçkonun mübahisəsinə səbəb olan nazir müavini – Şkadovun ölümündə Yazovun da adı hallanıb  

Leonid Brejnevin hakimiyyəti illərində yüksək ranqlı vəzifələrə təyinat məsələsində Siyasi Büro üzvlərinin rəyi və məsləhətləşmələri vacib sayılıb. Bəzi hallarda Brejnev təkbaşına qərar çıxarmaq gücündə olmayıb, Kremlin “könhə kişilər”i də kadr məsələsində söz sahibi olublar. Belə məqamlarda siyasilər arasında fikir ayrılığının yaranması halları da az olmayıb.

Bu cür mübahisəli kadr təyinatlarından biri də 1972-ci ildə SSRİ müdafiə nazirinin müavini vəzifəsinə təyinat zamanı baş verib. Həmin dövrdə müdafiə naziri olan Andrey Qreçko ilə Brejnev arasında mübahisə yaranıb.

Brejnevə Qreçko ailəvi yaxın dostluq münasibətlərində olsalar da, marşal məqamı düşdükcə baş katibə qarşı sərt mövqe sərgiləyib. Hətta Brejnev marşal rütbəsi daşımaq sevdasına düşəndə Qreçko Kreml məmurlarının qeyri-rəsmi görüşündə “Brejnev yalnız mənim meyitimin üstündən keçməklə marşal rütbəsi ala bilər” deməkdən çəkinməyib. Ümumiyyətlə, Qreçko Brejnevi ali rütbə daşıyan bir hərbçi kimi həzm edə bilməyib. Nazir müavini təyinatı məsələsində də Qreçko Brejnevə qarşı növbəti kobud rəftar nümayiş etdirib.

1972-ci ilin avqust ayında baş katibin növbəti ov mərasiminə toplaşan “komanda” süfrə arxasına keçəndə cari məsələləri müzakirə ediblər. Müzakirələr zamanı Brejnev müdafiə nazirinin kadrlar üzrə müavini vəzifəsinə nazirliyin hərbi-tədris idarəsinin rəisi general-polkovnik İvan Şkadovun namizədliyini irəli sürüb:

-Kadrlar üzrə nazir müavini mühüm postlardan biridir, silahlı qüvvələrdə bu işin məsuliyyəti hamıya yaxşı məlumdur. Mən təklif edirəm ki, bu vəzifəyə Şkadovu təyin edək. O, peşəkar və təcrübəli hərbçidir, düşünürəm ki, etimadızı doğruldacaq.

Brejnevin təklifinə Qreçko sərt reaksiya verib:

-Bu vəzifə siz dediyiniz kimi mühüm vəzifələrdən biri olduğu üçün Şkadovu ora təyin etmək olmaz. O, mənim tabeliyimdə işləyir və mən onu yaxşı tanıyıram.

Brejnev təmkinin pozmadan Qreçkonun cavabını verib:

-Şkadov cəmisi bir neçə ildir ki, sizin tabeliyinizdə işləyir. Mən isə onu müharibə illərindən yaxşı tanıyıram.

Brejnevin bu təqdimatı Qreçkonu sözün əsl mənasında özündən çıxarıb və o, baş katibə Lyonka deyə müraciət edib:

-Lyonka, müharibə illərinin əsl zabitlərini sən tanıya bilmərsən, sən müharibənin o qədər də dərinliyinə getməmisən ki, kimin kim olduğunu biləsən.

Sərt cavab alan Brejnev Qreçko ilə mübahisə etməyi mənasız sayıb:

-Mən öz təklifimdə qalıram, məsələni Siyasi Büroda müzakirə edərik.

Siyasi Büro üzvlərinin əksəri Brejnevin təklifini qəbul edib. Beləliklə, İvan Şkadov 1972-ci ildə Müdafiə Nazirliyində baş kadrlar idarəsinin rəisi, eyni zamanda nazirin kadrlar üzrə müavini vəzifəsinə təyin olunub. Qreçko ilə işləmək çətin olsa da Şkadov zaman-zaman öz bacarığını, iş məhsuldarlığını, peşəkarlığını nazirə sübut edə bilib.

İvan Şkadov 1913-cü ildə Kaluqada anadan olub. Orta məktəbi bitirdikdən sonra komsomol orqanlarında işləyib və elə komsomol xətti ilə də Xarkov Zirehli Texnikalar Ali Hərbi Məktəbinə göndərilib.

Sovet-alman müharibəsi başlananda baş leytenant rütbəsində olan Şkadov cəbhə bölgəsinə göndərilib, 216-cı tank alayının qərargah rəisi köməkçisi vəzifəsində xidmət edib. Müharibənin sonuna qədər onun döyüş yolları Stalinqraddan Berlinə qədər keçib. Müharibədən polkovnik rütbəsi ilə qayıdan Şkadov xidmətini Kubada və Polşada davam etdirib. Kuba silahlı qüvvələrinin formalaşmasında onun böyük xidmətləri olub.

1969-cu ildə Müdafiə Nazirliyinin hərbi-tədris idarəsinə rəis təyin olunan Şkadovun ilk gündən müdafiə naziri Qreçko ilə xidməti münasibətləri normal alınmayıb. Ötkəm nazir hərbi tədris müəssisələrində rejimin daha sərt olmasının tərəfdarı olduğundan idarə rəisi ilə aralarında fikir ayrılığı yaranıb. Elə bu fikir ayrılığı da yuxarıda qeyd etdiyimiz kimi Şkadovun nazir müavini təyinatında mübahisəyə səbəb olub.

Leonid Brejnev Şkadova böyük hörmətlə yanaşıb, onun peşəkarlığını yüksək qiymətləndirib və bunu dəfələrlə müşavirələrdə xüsusilə qeyd edib. Hətta arada belə söhbətlər də dolaşıb ki, baş katib Şkadovu nazir vəzifəsinə hazırlayır. Amma baş katibin digər bir ailəvi dostluq etdiyi Dmitri Ustinov Qreçkonun vəfatından sonra 1976-cı ildə nazir vəzifəsinə təyinat alaraq bu söhbətlərə son qoyub.

Qreçko Şkadova Sovet İttifaqı qəhrəmanı adının verilməsinə imkan verməsə də, Ustinov nazir təyin olunandan sonra onun təqdimatını Brejnevə şəxsən özü təqdim edib. 1978-ci ildə İvan Şkadova Kremldə təntənəli şəkildə Qızıl Ulduzz təqdim edilib.

Şkadov 1987-ci ilə qədər ordu generalı rütbəsində nazir müavini vəzifəsində xidmət edib. 1987-ci ildən 1991-ci ilə qədər isə Müdafiə Nazirliyinin generallardan ibarət inspektorlar qrupunda çalışıb.

Sonuncu işlədiyi nazir, Dmitri Yazovla Şkadovun münasibətlərində soyuqluq hökm sürüb. Vaxtilə Yazov Şkadovun tabeliyində xidmət edib. Həmin dövrdən Şkadov Yazovun hansı səviyyədə hərbçi olduğunu yaxşı bilib. Bəlkə də elə bu səbəbdən Şkadov Yazov üçün nazirlikdə arzuolunan şəxs sayılmayıb.

1991-ci ilin fevralın 15-də Şkadov Yazovun qəbulunda olub. Müəyyən sənədlər üzərində iki saatlıq müzakirələr aparılıb. Həmin gün Şkadovu yolda maşın vurub və qəza nəticəsində ölüb. Qarışıq 90-cı illərdə bu qəzanı ciddi araşdırmağa heç kim maraq və həvəs göstərməyib. Bəzi versiyalara görə qəza sifarişli olub və sifarişçilərin arasında Yazovun da adı hallanıb.

77 yaşında vəfat edən ordu generalı İvan Şkadov Moskvada, Novodevişye qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, generalın oğlu, brilyant istehsal edən “Kristal” İstehsalat Birliyinin baş direktoru Aleksandr Şkadov 1998-ci ildə sui-qəsd nəticəsində öldürülüb. Bu müəmmalı ölümün də üst açılmayıb. (musavat.com)

pia.az

 






Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

“2023-cü ildə Putin olmayacaq...” - Dünyanı şəkilləndirən şəxslərdən biri olan Mİ-6-nın sabiq rəhbəri…

Cahangir Əsgərovun qızının da 30 milyondan çox borcu var — Fakt

Sahil Babayev son 3 ayda daha 23 min pensiyaçını “zərərsizləşdirdi” – Nemət Əliyev statistikanı açıqladı

Ukrayna necə aldadıldı? – ABŞ səfirindən ilginc cavab

Olmasaydı dünyada… – Bir daha elm, alim və təvazökarlıq barədə düşünərkən

Avropa İttifaqı Şurasının Prezidenti üçtərəfli görüşdən sonra mətbuata açıqlama verib - Video

“İgid əsgər, möhkəm dayan” mahnısının həsr edildiyi Milli Qəhrəmanımızın doğum günüdür - Video

Sürücülərin nəzərinə: Mühərrik yağları kəskin bahalaşdı - Video

“Aeroflot” sanksiyalara görə təyyarələrini ehtiyat hissələrinə ayıracaq - Blomberg

Rüstəm Muradov Ukraynada yaralandı, bacısı oğlu öldü - Foto

“Qarabağ”ın Çempionlar Liqasındakı bütün rəqibləri bilindi

“ŞTUTQART” mağazalar şəbəkəsi adını niyə dəyişir?

Ən çox oxunanalar