Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Braziliya Federal Senatının birinci vitse-prezidenti Azərbaycan Prezidentinə məktub göndərib

Braziliya Federal Senatının birinci vitse-prezidenti Antonio Anastasia və federal konqresmen Klaudio Kajado Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

PİA.az-ın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident.

AzərbaycanErmənistan arasında ölkənizin Dağlıq Qarabağ bölgəsi uğrunda müharibəyə son qoyan atəşkəs razılaşmasının imzalanması ilə bağlı xəbərləri böyük məmnuniyyətlə qarşıladıq.

Biz Deputatlar Palatası və Federal Senatdakı Braziliya-Azərbaycan Parlamentlərarası dostluq qruplarının sədrləri olaraq Sizin ölkənizlə yaxından maraqlanırıq və Azərbaycanla bağlı bütün prosesləri xüsusilə indiki dövrdə diqqətlə izləyirik. Biz qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi vasitəsilə hər iki ölkənin əhalisinin daha yaxşı həyat şəraitinə nail olması istiqamətində səylərimizi davam etdiririk.

Parlamentarilər olaraq biz sülhü dəstəkləyir, ərazi münaqişələrinin və ya hər hansı digər fikir ayrılıqlarının diplomatik yolla həllinin tərəfdarıyıq.

Cənab Prezident, biz Sizi qazandığınız müvəffəqiyyəti, həmçinin bölgənizdə hərbi əməliyyatların sona çatması və arzuedilən sülhün bərqərar olması ilə nəticələnən danışıqlardakı uğurlarınızı yüksək qiymətləndirir, ölkənizə davamlı əmin-amanlıq, eləcə də sosial və iqtisadi inkişaf arzu edirik”. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar