Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BP Amerika şirkətlərinin “Azəri-Çıraq-Günəşli”dəki paylarını ala bilər

BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində Amerikanın “ExxonMobil” və “Chevron” şirkətlərinin paylarının alınması məsələsinə baxmağa hazırdır

“İnterfax” xəbər verir ki, bunu BP qrupunun baş icraçı direktoru Robert Dadli bildirib.

“AÇG-dəki iştirakımızı bəyənirik. Hesab edirəm ki, payımızın artırılması imkanı yaranarsa, bu, bizim üçün təbii seçim olar, lakin hər şey qiymətdən asılı olacaq”, - Dadli deyib.

Bununla belə, R.Dadli qeyd edib ki, “Exxon” və “Chevron” hələlik paylarını qiymətləndirir və satışla bağlı tender başlamayıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında “ExxonMobil” AÇG-dəki 6,79%-lik payını, "Chevron” isə layihədəki 9,57%-lik və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindəki 8,9%-lik payını satmaq niyyətində olduqlarını bildirmişdi.

Xatırladaq ki, AÇG layihəsində pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" (keçmiş "Statoil") - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

"AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin sentyabrın 14-də blokun 2050-ci ilədək işlənməsində dair yenidən işlənmiş saziş imzalanıb.

pia.az


Etiket: Robert Dadli BP

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar