Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Böyük zəfər yürüşü uzaqda deyil” – Əli Həsənov

Qardaş türk xalqı bu gün özünün tarixi Zəfər bayramını qeyd edir. Bu münasibətlə bütün türk xalqını və ictimaiyyətini səmimi qəlbdən təbrik edirəm

Bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün "Facebook" səhifəsində yazıb.

Prezidentin köməkçisi bildirib: "30 avqust 1922-ci il Türkiyənin işğalçı qüvvələr üzərində əldə etdiyi taleyüklü qələbənin simvoluna çevrilmiş şanlı bir zəfər tarixidir. I Dünya müharibəsinin yekununda düçar olduğu ağır məğlubiyyətin şərtləri altında yaşamamaq, öz dövlətçiliyinin varlığını dünyaya və işğal güclərinə qəbul etdirmək üçün döyüş meydanında ciddi bir zəfər lazım idi. 26 avqust 1922-ci ildə Mustafa Kamal Paşanın komandanlığı altında başladılan "Böyük Taarruz" ("Böyük Hücum") belə bir zəfəri təmin etdi.

Bu qələbə sübut etdi ki, türk xalqı öz gələcək müqəddəratını işğal güclərinin ona qəbul etdirməyə çalışdıqları şərtlər, coğrafi çərçivə daxilində deyil, özünün müəyyən etdiyi siyasi coğrafiyanın hüdudları daxilində təyin etmək qüdrətindədir. Mustafa Kamal Paşanın sözləri ilə desək, bu qüdrət türk xalqının damarlarından axan nəcib qanda mövcud idi. Bu qələbə hər şeydən əvvəl milli iradənin, kuvayi-milliyeni (milli qüvvələri) bu iradə ətrafında birləşdirərək vətən naminə səfərbər etmə əzminin nümayişi idi.

30 avqust zəfərinin nəticəsi olaraq müasir Türkiyənin siyasi hüdudları, misaqi-milli coğrafiyası cızılmış və türk dövlətçiliyinin yeni - respublika mərhələsi başlanmışdır.

Bizim üçün qürurverici haldır ki, I Dünya müharibəsi illərində də- Çar Rusiyanın tərkibində olduğu zaman, Xalq Cümhuriyyətinin qısa müddətli tarixində də, hətta müstəqilliyin yalnız nisbi atributlarına malik olduğu sovet hakimiyyətinin ilk illərində belə Azərbaycan xalqı qardaş türk xalqından öz köməyini əsirgəməmiş, doğma qardaşlarına gücü çatan maddi və mənəvi yardım göstərmiş, Osmanlı ordusunun, sonra isə türk müqavimət hərəkatının sıralarında minlərlə soydaşımız qəhrəmanlıqla döyüşmüş və həlak olmuş, müasir Türkiyənin istiqlalı naminə canlarını fəda etmişlər.

Bu mənada 30 avqust bizim üçün həm də xalqlarımızın qardaşlıq, düşmənə qarşı birgə mübarizə əzmini özündə əks etdirən milli yaddaş tarixi olaraq əhəmiyyətlidir.

Biz Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan ordusunun günü-gündən güclənərək, dünyanın ən qüdrətli 50 ordusu sırasına daxil olmasında türkiyəli qardaşlarımızın verdiyi dəstəyi həmişə yüksək qiymətləndiririk. Şanlı ordumuz onun qarşısında qoyulan müqəddəs vəzifəni - işğal altında olan torpaqlarımızın azad edilməsi missiyasını şərəflə yerinə yetirmək gücündə olduğunu 2016-cı ilin aprel döyüşlərində sübut etmişdir.

İnanıram ki, müzəffər Türk ordusunun 30 avqust 1922-ci ildə "Böyük hücumu" zəfərlə başladığı kimi, Azərbaycan ordusunun da işğal altındakı torpaqlarımızı azad etmək uğrundakı böyük ZƏFƏR YÜRÜŞÜ uzaqda deyil!".(Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar