Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük yeddilərin böhranı: Dünya yeni siyasi və iqtisadi düzənə qədəm qoyur?

Ekspert: “G-7 böhranını Avropa ölkələri və ABŞ arasında dərin ucurumun, qarşıdrumanın başlanğıcı kimi dəyərləndirmək olar”


“Məcburən bir müddət sonra ABŞ Avropa Birliyi ölkələrinin, Yaponiyanın, Kanadanın istədiyi və tələb etdiyi məsələlərdə öz mövqeyini bildirməlidir və müəyyən güzəştlərə getməlidir”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli G-7 formatında yer alan 6 ölkənin Trampın yeni ticarət strategiyasına qarşı birləşməsi məsələsini PİA.AZ-a şərh edərkən qeyd edib.

Dünyanın ən inkişaf etmiş ölkələrinin klubu olaraq bilinən G-7 ölkələrinin Kanadada keçirilən son zirvə toplantısında ciddi fikir ayrılığı meydana çıxıb. Son iclası boyunca “Böyük yeddi”lərin 6 üzvü ABŞ prezidenti Donald Trampı beynəlxalq müqavilələrə əməl etməyə inandırmaq səyləri nəticəsiz olub və sammiti yarımçıq tərk edən ABŞ prezidenti Sinqapura uçarkən G-7 sammitinin yekun bəyannaməsini imzalamaqdan imtina edib. Həmçinin Tramp yazdığı tvit-də Kanadanın baş naziri Castin Trudonu qeyri-səmimiyyətdə ittiham edib. ABŞ prezidenti Kanadanın baş nazirini onunla danışıqlarsda, fərqli, yekun mətbuat konfransında isə tamam fərqli mövqedən çıxış etməkdə ittiham edib. Eyni zamanda ABŞ mətbuatına müsahibə verən Ağ Ev rəsmisi Kanada baş nazirinin mövqeyini şərh edərkən “Trudo ABŞ-ın kürəyinə arxadan bıçaq vurdu” ifadələrini işlədib. 

Qeyd edək ki, olduqca gərgin başlayan dünyanın 7 böyük iqtisadiyyatına məxsus Almaniya, ABŞ, İngiltərə, Fransa, İtaliya, Yaponiya və Kanadanı bir araya gətirən G-7 sammitinə ilkin olaraq Donald Trampın Rusiyanı yenidən böyük yeddilərin sırasına qaytarmaq haqqında təklifi olub. Bu təklif ancaq İtaliya tərəfindən müdafiə olunub. Almaniya və Fransa isə təklifi birmənalı olaraq rədd ediblər. Bəzi ekspertlərin fikrincə ABŞ prezidenti Donald Tramp bu təklifini Avropa ölkələrinin birliyini sarsıtmaq və Avropa Birliyində fikir ayrılığı yaratmaq məqsədi ilə verib. 

Xatırladaq  ki, G-7 toplantısı boyunca beynəlxalq ticarətə qoyduğu əlavə vergilərə görə tənqid edilən ABŞ prezidenti Donald Tramp, öncə imza atdığı G-7-nin kommersiya müqavilələrini əhatə edən yekun bəyannaməsini, sonradan təsdiq etməyəcəyini Twitter-dən bildirib. Bundan sonra isə Fransanın prezident ofisi, “Beynəlxalq əməkdaşlıq əsəb və düşünülməmiş bəyanatlarla diktə edilə bilməz” açıqlaması edib. Bütün bu baş verənlər artıq ticarət müharibələrində fitilin yandırıldığının da müjdəçisi kimi dəyərləndirilib. Öz növbəsində Yaponiya, Meksika, Kanada və Avropa Birliyi Trampın bu addımlarına ən sərt şəkildə cavab verəcəklərini dilə gətiriblər.

Maraqlıdır ki, Rusiya Trampın Böyük yeddilərin sırasına qayıtmaq təklifinə elə isti yanaşmayıb. Rusiya prezidenti Vladimir Putin geri qayıtmağın imkansızlığına işarə edib. Rus sosioloq İqor Eydman isə öz Feysbuk səhifəsində maraqlı şərh paylaşəb. Eydman iddia edib ki, Putin G-7 formatını dağıtmağa çalışır. Ona görə də bu formata geri dönməyəcək. 

“Putin bir daha G7-yə qayıtmayacaq. Ona görə ki, artıq Putinin hədəfi bu birliyi dağıtmaqdır. Bunun üçün güclü dəstək var. Tramp istəsə də, istəməsə də, bu işdə Kremlin əsas köməkçisi oldu. Son yazılana əsas sübut isə onun G7 sammitində təşkil etdiyi skandal oldu.

SSRİ də o zaman ABŞ və Qərbi Avropa arasında parçalanma yaratmağa cəhd edirdi. Bu onun Avropa siyasətinin əsas hədəfi idi. Putin Rusiyası sələfi olan SSRİ-nin bu təcrübəsini təkrar etmək qərarı verib. Antiamerikanizm Kreml təbliğatının əsas silahıdır. Rusiya KİV-i, trollar, agentura artıq uzun müddətdir Almaniya, Fransa və digər Avropa dövlətlərində antiamerika isteriyasını alovlandırmaq istəyir. Bu istək Trampın hakimiyyətə gəlməsi və antiliberal, antiavropa yönlü siyasət həyata keçirməsindən sonra ikiqat uğurlu oldu. Hazırda avropalılar Trampa Rusiya diktatorundan daha pis münasibət bəsləyirlər. Artıq İkinci Dünya müharibəsindən sonra ABŞ və Qərbi Avropa ittifaqı ilk dəfədir təhdid altına düşüb. Kremlə bundan gözəl şey arzulamaq olmazdı”, – deyə rusiyalı sosioloq bildirib.

Zirvədə G-7 sammitində 6 ölkənin Trampın yeni ticarət strategiyasına qarşı birləşməsi dünyanın siyasi-iqtisadi vəziyyətinə necə təsir edəcək və bu böhran dərinləşib siyasi böhrana çevrilə bilər? Demək olarmı ki, artıq dünya yeni siyasi və iqtisadi düzənə qədəm qoyur?  Həmçinin Trampın G-8 formatını bərpa etmək və Rusiyanı yenidən dünyanın inkişaf etmiş ölkələrinin klubunda görmək istəməsini nəylə əlaqələndirmək mümkündür? Rusiya ilə bağlı davamlı olaraq problem yaşayan Tramp bu bəyanatı ilə hansı geosiyasi və geoiqtisadi maraqları güdür?  

Bu mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.



Natiq Cəfərli: “Rusiyanı oraya dəvət edib sanki qulağını burmaq, dərs vermək və etdiyi səhvlərdən geri addım atmağa məcbur etmək kimi bir məqsəd qarşıya qoyulub”.


ABŞ-ın öz müttəfiqləri ilə müəyyən məsələlərdə güzəştə getməyə məcbur olacağını düşünən iqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, hazırda start nöqtəsində olan böhran həm G-7 ölkələrinə, həm də bütün dünyaya ziyandır. Çünki böhran dərinləşdikcə ticarət əlaqələri zəifləyir, ticarət əlaqələri zəiflədikcə iqtisadi artım aşağı düşür, iqtisadi artımın aşağı düşməsi isə insanların gündəlik güzəranına, dolanışığına mənfi təsir göstərir:

“Trampın və ABŞ-ın atdığı addımlar obrazlı desək, çayın axarına qarşı üzmək, yəni  tamamilə dünyaya qarşı getməyə bərabər olub. ABŞ bir çox ölkələr əqarşı həm sanksiyalar tətbiq edir, həm də gömrük və rüsumları artırır. Amma ABŞ-da özlərinə qarşı hər hansı addımın atılmasına qarşı çıxırlar. Bu doğru yanaşma deyil və Ümumduyan Ticarət Təşkilatının qaydalarına da ziddir. 

Ümumiyyətlə ABŞ-ın atdığı addımlar ticarət və partnyorluq anlayışına da ziddir. Buna görə də G-7 zirvəsində bu böhran daha da dərinləşdi. Hətta bu görüşlərin tarixində ilk dəfə idi ki, üzv dşvlətlərdən biri, konkret olaraq ABŞ son sənədi imzalamaqdan da imtina etdi. G-7 zirvəsini Avropa ölkələri və ABŞ arasında dərin ucurumun, qarşıdrumanın başlanğıcı kimi xarakterizə etmək olar. Çünki G-7 ölkələri heç vaxt belə açıq şəkildə qarşıdurmaya getmirdilər. 

Əslində mən hesab edirəm ki, indi hər iki tərəfdə əzələ nümayişi gedir. İlk olaraq hansı tərəfin güzəştə gedəcəyindən çox şey asılı olacaq. Amma düşünmürəm ki, ABŞ sona qədər bütün dünyanı qarşısına alıb istədiyini edə bilsin. Məcburən bir müddət sonra ABŞ Avropa Birliyi ölkələrinin, Yaponiyanın, Kanadanın istədiyi və tələb etdiyi məsələlərdə öz mövqeyini bildirməlidir və müəyyən güzəştlərə getməlidir. Açığı belə güzəştlərin olması ehtimalı yüksəkdir. Çünki ABŞ fərqli ölkədir və Trampdan ibarət deyil. ABŞ-da prezident Tramp olsa da, həm Konqres, həm də Senat çox böyük gücə malikdir. 

Natiq Cəfərli: “ABŞ sona qədər bütün dünyanı qarşısına alıb istədiyini edə bilməz”.


Düşünürəm ki, Konqesin, Senatın bu işlərə müdaxiləsindən sonra müəyyən dərəcədə balans, tarazlıq yaranacaq. Buna görə də ABŞ müəyyən məsələlərdə güzəştə getməyə məcbur olacaq. Yəni bu böyük bir böhranın yaranmasına səbəb olmayacaq. Çünki böhran həm G-7 ölkələrinə, həm də bütün dünyaya ziyandır. Çünki böhran dərinləşdikcə ticarət əlaqələri zəifləyir, ticarət əlaqələri zəiflədikcə iqtisadi artım aşağı düşür, iqtisadi artımın aşağı düşməsi isə insanların gündəlik güzəranına, dolanışığına mənfi təsir göstərir. Bu mənada düşünürəm ki, sonda ABŞ müəyyən güzəştlərə getməyə məcbur olacaq. 

Trampın G-8 formatını bərpa etmək və Rusiyanı yenidən dünyanın inkişaf etmiş ölkələrinin klubunda görmək məsələsi tam aydın deyil. Çüki ABŞ tərəfindən verilən ilk bəyanatla, sonrakı bəyanat arasında fərq var. İlkin bəyanatda G-8 formatına qayıtması tövsiyə olunurdusa, sonrakı verilən açıqlamada belə təqdimat oldu ki, Rusiyanı oraya dəvət edib sanki qulağını burmaq, dərs vermək və etdiyi səhvlərdən geri addım atmağa məcbur etmək kimi bir məqsəd qarşıya qoyulub. Yəni Tramp belə təkliflə çıxış edib. 

Rusiya ilə bağlı münasibətlərdə Trampın həmişə problemləri olub. Hətta Trampın prezident seçilməsində Rusiyanın rolu ilə bağlı komissiyanın işi hələ də yekunlaşmayıb. Ola bilər ki, yeni faktlar orataya çıxsın və o komissiya Trampla da müəyyən qərarlar verməyə məcbur olsun. Amma Avropa Birliyi ölkələrinin, Kanadanın mövqeyi çox qətidir. Rusiyanın bur formata qayıtmasının tam əleyhinədirlər. Düşünmürəm ki, Rusiyanın formata qayıtması tək ABŞ-dan asılıdır. Çünki ABŞ nə qədər böyük və güclü dövlət olsa da, G-7-yə daxil olan ölkələrin iqtisadiyyatları, həmçinin iqtisadi və hərbi gücləri heç də zəif deyil. Bütün bunlara görə düşünmürəm ki, tək ABŞ-ın istəyi ilə Rusiya o formata qayıda bilsin”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar