Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük seçim qarşısında qalan Ermənistan... - Türkiyə ilə münasibətləri normallaşdırmaq, yoxsa?..

Seçkinin qalibi Paşinyan olarsa, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması mümkün görünürmü?..

Politoloq: “Türkiyə və Ermənistan münasibətlərinin gələcək perspektivi iyul ayının 20-də bəlli olacaq”.

Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri erməni xalqı üçün ən böyük imtahan olacaq. Əgər bu imtahandan üzü ağ çıxıb gələcək perspektivi Türkiyə və Azərbaycanla qurulacaq əlaqələrdə görəcəklərsə, bu siyasətin təşəbbüsü olan Paşinyan hökumətini dəstəkləyəcəklərsə, özlərinə gələcəyə yönəlik real imkan yaradacaqlar”

Bu sözləri politoloq Natiq Miri Türkiyə və Ermənistanın gələcək münasibətlərini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan cəmiyyətində hazırda Türkiyə ilə münasibətlər əsas müzakirə mövzusudur. Revanşistlər və daşnakların ermənizm ideyası ilə zəhərlənənlər Türkiyəni birmənalı olaraq düşmən kimi qəbul edir, Paşinyan tərəfdarları isə Avropa ilə inteqrasiyanın ancaq Türkiyə və Azərbaycanla sağlam qonşuluqdan keçdiyinə inanırlar.

Bu parçalanma Ermənistanda necə sonlana bilər və seçkinin qalibi Paşinyan olarsa, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması mümkün görünürmü?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bu böhran Ermənistanda davam edərsə, Ermənistanı yaradan və onun varlığında geosiyasi maraqları olan dünya gücləri də tədricən Ermənistandan imtina etməyə başlayacaq”.

Ermənistanın mütləq mənada gələcək perspektivinin haradan keçəcəyini birmənalı olaraq müəyyənləşdirməli olduğunu düşünən politoloq PİA.az-a bildirib ki, iyul ayının 20-də Ermənistanda növbədənkənar parlament seçkilərində erməni xalqı həqiqətən seçim imtahanından çıxa bilsə, bu ən azından Ermənistanın gələcək yöndə müsbət perspektivini qismən də olsa, müəyyən edə bilər:

Ermənistan cəmiyyəti 44 günlük vətən müharibəsindəki aldığı ağır məğlubiyyətdən sonra çox ciddi mənəvi, psixoloji böhran keçirir. Yəni ortada sındırılmış və aldadılmış bir xalq var. İkinci vətən müharibəsinə qədər erməni cəmiyyətində belə bir eyforiya var idi ki, ermənilər məğlubedilməz xalqdır və erməni ordusu da və hər zaman qələbədən qələbəyə yürüyəcək. Onların hərbi doktrinası da Gəncədən Kür sahillərinə qədər yeni ərazilərın işğalı nəzərdə tutulurdu. Onlara görə bu ikinci müharibədə baş verməliydi. Yəni belə bir yalançı mif yaratmışdılar.

İkinci Vətən Müharibəsi isə ermənilərin bu doktrinasını, ideallarını tamamilə darmadağın etdi. İndi ermənilər sovet dönəmindəki vəziyyətə qayıdıblar. Ermənilər birdən-birə Azərbaycan türklərindən elə sarsıdıcı zərbə aldılar ki, onlar bunu ağıllarının ucundan da keçirə bilmirdilər. Bu üzdən də erməni cəmiyyəti tamamilə darmadağındır və aldıqları zərbədən kəskin mənəvi, psixoloji böhran içinə giriblər. Onların bu böhrandan çıxmaları üçünsə, şərtlər çox qarışıqdır.

Buna görə də Ermənistan cəmiyyətində böhrandan çıxış yolları görünmür. Onlar özləri belə çıxış yolu tapa bilmirlər. Çünki cəmiyyətdə müzakirə predmeti olan məsələlərə yanaşmalar çox fərqlidir və hələ də reallıqlara uyğun deyil. Davamlı olaraq konkret çıxış yollarını göstərən ideoloji mərkəzləri olan diaspora və kilsə də bu vəziyyətdən çıxış yolu tapa bilmir. Ermənistanı bu mənəvi böhrandan çıxaracaq hansı bir siyasi güc mərkəzi də görünmür. Doğrudur hakimiyyətdə olan, Paşinyanın rəhbərlik etdiyi hökumət gələcək perspektivin qonşu ölkələrlə, xüsusilə Azərbaycan və Türkiyədən inteqrasiyadan keçdiyini bəyan edir. Əlbəttə ki, bu qorxaq səslə bəyan edilir. Lakin bu hazırkı mərhələdə ən doğru yoldur və Paşinyan bu yolu dəstəklədiyinə görə, görünür ki, onun Qərbdəki havadarları da belə düşünür.

Natiq Miri: “Onlar bilirlər ki, Türkiyə ilə münasibətlərin qurulması qan və işğal üzərində qurulmuş erməni ideologiyasının məhvi deməkdir”.

Bildiyimiz kimi Ermənistanda müxalifət qüvvələr revanş tələb edirlər və Türkiyə-Azərbaycan alyansı ilə hər hansı münasibətlərin qurulmasını erməni milli ideologiyasına xəyanət kimi dəyərləndirirlər. Bu isə Ermənistanın daha böyük itkilərinə və sonucda dövlət olaraq iflasına aparacaq yoldur. Onların başında duran “Qarabağ klanı”nın erməni xalqına bundan artıq verə biləcəyi hər hansı şey yoxdur. Onlar bilirlər ki, Türkiyə ilə münasibətlərin qurulması qan və işğal üzərində qurulmuş erməni ideologiyasının məhvi deməkdir. Buna görə də müxalifət iddia edir ki, Paşinyan guya erməni ideologiyasına, erməni vətənpərvərliyinə, “Böyük Ermənistan” ideologiyasına hökumət xəyanət edib. Lakin tarixi zərurət ermənilər üçün başqa yolda buraxmır.

Əgər erməni xalqı 44 günlük müharibədən və silkələnmədən sonra özlərinə gəlib gələcək yolu müəyyən edə bilməyəcəklərsə, düşünürəm ki, bu bütövlükdə erməni dövlətinin tamamilə məhv olmasına gətirib çıxaracaq. Çünki uğursuz, məğlub bir dövlətlə kimsə gələcək perspektivi bölüşmür. Eyni zamanda daim müharibə təhlükəsi altında yaşamaq ermənilərin bu ərazilərdən köçünə səbəb olacaq. 1988-ci ildən bu günə qədər Ermənistan əhakisi 1 milyon azalıb, Azərbaycan əhalisi isə 3 milyon artıb. Bu statistika özü-özlüyündə hər şeyi ortaya qoyur. Bu böhran Ermənistanda davam edərsə, Ermənistanı yaradan və onun varlığında geosiyasi maraqları olan dünya gücləri də tədricən Ermənistandan imtina etməyə başlayacaqlar. Çünki regionda daha güclü və daha vacib vazkeçilməz Azərbaycan və Türkiyə kimi güclü ölkələr mövcuddur və onlar geosiyasi seçimlərini buna görə edəcəklər.

Düşünürəm ki, Ermənistan mütləq mənada gələcək perspektivin hansı vektordan keçəcəyini birmənalı olaraq müəyyənləşdirməlidir. Hələlik bu qüvvələr hökumətdə olan qüvvələr kimi ortaya çıxır. Buna görə də iyul ayının 20-də Ermənistanda növbədənkənar parlament seçkilərində erməni xalqı həqiqətən seçim imtahandan çıxa bilsə, bu ən azından Ermənistanın gələcək yöndə müsbət perspektivini qismən də olsa, müəyyən edə bilər. Yox əgər erməni xalqı revanşistlərdən və “Qarabağ klanı”ından yana seçim edərsə, bu Ermənistanın və xalqının böyük faciəsi olacaq. Çünki indiki hökumətin alternativi növbəti dəfə regionda düşmənçiliyi yaymaqda davam edəəcək. Bu siyasət də çox keçmədən növbəti dəfə bumeranq olaraq Ermənistanın və bədnam xalqın başında çatlayacaq.

Natiq Miri: “Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəsə, qondarma ”soyqırım“ iddialarından əl çəkməli olacaq”.

Ermənistan iqtisadiyyatının çökmək vəziyyətdə olduğunu dünyada hər kəs təsdiqləyir. Hətta bunu Ermənistanın iqtisadi və siyasi ekspertləri də təsdiqləyir. Buna görə də düşünmürəm ki, Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri erməni xalqı üçün ən böyük imtahan olacaq. Əgər bu imtahandan üzü ağ çıxıb gələcək perspektivi Türkiyə və Azərbaycanla qurulacaq əlaqələrdə görəcəklərsə, bu siyasətin təşəbbüsü olan Paşinyan hökumətini dəstəkləyəcəklərsə, özlərinə gələcəyə yönəlik real imkan yaradacaqlar. Türkiyə və Ermənistan münasibətlərinin gələcək perspektivi iyul ayının 20-də bəlli olacaq.

Onu da qeyd edim ki, əgər Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəsə, qondarma ”soyqırım“ iddialarından əl çəkməli olacaq. Ermənilər bu vaxta qədər Türkiyəyə qarşı dünya çapında müəyyən siyasi qərarların verilməsinə nail olsalar da, Türkiyəyə ciddi zərər verə bilməyiblər. Əksinə bu gün biz dünyanın qarşısında duran güclü Türkiyəni müşahidə edirik. Məhz güclü Türkiyə sayəsində bir çox məzlum xalqlar, xüsusilə Suriyada, Liviyada, ən nəhayət Azərbaycanda öz torpaqlarının böyük hissəsini azad ediblər.

Gələcək perspektiv də Türkiyənin daha da güclənəcəyi göstərir. Buna görə də Ermənistan anlamalıdır ki, ölkənin gələcək perspektivi, həm də Türkiyədən asılıdır. Çünki Ermənistanın Qərbə, Avropaya inteqrasiyası məhz Türkiyədən keçir. Bunun üçün də mütləq mənada Türkiyə ilə münasibətləri tənzimləmək lazımdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar