Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük şahmat: Qafqaz müharibəsi ABŞ-ın Azərbaycandakı təsirini gücləndirir...

Bundan sonra Əliyevin Türkiyə, ABŞ və İsrail arasında aparacağı siyasət, digər tərəfdən isə Ərdoğan-Əliyev cütlüyünün Putinlə birlikdə inkişaf etdirəcəyi siyasətlər həlledici olacaq...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 12 oktyabr 2020-ci il

Xaotik seçkilər yaxınlaşarkən ABŞ-ın qlobal səviyyədəki hegemon siyasətlərinin uğurla işlədiyini vurğulamışdım. Sakit Okeanda həyata keçirdiyi əməliyyatla yanaşı, həm də Rusiyaya qarşı “Soyuq Müharibə”yə bənzər şəkildə təzyiq göstərdiyini görə bilərik. NATO-nun əsas ağırlıq mərkəzini Şərqi Avropaya toplayaraq bunu etdiyini görmək çətin deyil. “Soyuq Müharibə”nin “qalibi” olan ABŞXəzər dənizində, nə də Qara dənizdə istədiklərinə tam nail ola bilməyib. Bu baxımdan Putin dövründə dirçəlmiş Rusiya əsas maneədir.

ABŞ-ın qlobal beyni olan Kissincer və Brejinski Avrasiyanın kritik dəyərini israrla vurğulasalar da, bu mənzərənin ABŞ üçün qənaətbəxş olmadığı məlumdur. Bütün bu illər ərzində amerikalılar Ukrayna və Gürcüstan vasitəsilə postsovet məkanlna sızmaq üçün müəyyən cəhdlər etsələr də, uğursuz oldular. Hazırda Belarusiya və Estoniya üzərindən yeni bir təşəbbüs edirlər. Digər bir sızmaq cəhdi isə Qırğızıstan üzərindən gedir.

ABŞ-ın Baltikdə qurduğu təzyiqlə yanaşı, həm də Qara dənizdə və Xəzər dənizində apardığı proses istər-istəməz Şərqi Aralıq dənizi təşəbbüsü ilə də üst-üstə düşür və üstəlik, İsraili də içinə qataraq daha çox böyüyür.

ABŞ-Yunanıstan-İsrail üçlüyü bu təşəbbüsün əsasını təşkil edir. Türkiyə isə açıq şəkildə buradan kənarlaşdırılır. Aleksandropolisdə qurulan yeni baza Kritdəki baza ilə birlikdə bu coğrafiyanın kritik nöqtələrini üzə çıxarır. Kipr hələ də qeyri-müəyyən vəziyyətdədir. Ancaq adanın qısa müddətdə böyük bir gərginlik mərkəzinə çevrilməsinə təəccüblənməməliyik.

Azərbaycan-Ermənistan xəttindəki gərginlik isə Levant bölgəsində qurmaq istədikləri Kürd (PKK) dövləti layihəsi ilə birgə aparılır. Bu gərginlik həm də İranı şimaldan, yəni heç görmək istəmədiyi bir nöqtədən mühasirəyə alır. Şübhəsiz ki, Şimali Azərbaycandakı türklərlə İrandakı Güney Azərbaycan türklərini birləşdirmək üçün həyata keçiriləcək proseslər İranı çətinə salacaq.

Ermənistanın çox pis vəziyyətdə olduğunu düşünürəm. Diasporanın təzyiqi ilə bir macəraya atılıb və bu da Rusiyanın təzyiqlərindən qurtulmaq, qlobal nizama qoşulmaq üçün atılmış bir addım idi. Bunun bədəli isə itirilmiş bir müharibə olacaq.

Yeganə çıxış yolu Rusiya-Türkiyə vasitəsilə müharibəni böyütmək və beynəlxalq bir müdaxilə ilə bundan qurtulmaq idi. Ancaq belə olmadı. ABŞ-ın etdiyi həmlə Ermənistanı ortaya ataraq vəziyyət qızışdırmaq idi. Şübhəsiz, əsas investisiya hədəfi Azərbaycandır.

Yəhudi lobbilərinin ABŞ parlamentlərindəki erməni lobbisini kəsməsi və İsrailin Azərbaycana yaxınlıq etməsi bunun bir əlaməti kimi qiymətləndirilməlidir. Çünki kasıb və az əhalisi olan Ermənistanla böyük mənbələrə sahib olan zəngin, perspektivli Azərbaycan arasında qalarkən hansını seçəcəyi onsuz da bəllidir.

ABŞ bu dəfə Ermənistandan istifadə edərək İsraillə birlikdə Azərbaycana müdaxilə edir. Bu şəkildə də Astana Üçlüyünün arasına daxil olur. Əlbəttə ki, Azərbaycanı ürəkdən dəstəkləyən Türkiyə üçün işğal olunmuş ərazilərin azad edilməsi və “bir millət, iki dövlət” prinsipinin güclənməsi ilə yeni bir fürsət yaranır. Ancaq məsələyə daha uzunmüddətli yanaşdıqda baş verənlərin fərqli bir potensiala sahib olduğunu görmək lazımdır.

Gürcüstanla Ukraynanın Azərbaycana dəstək verməsi onların da baş verənlərdən yaxşı yararlandıqlarını göstərir və Azərbaycandakı ABŞ-İsrail təsirinin artmasının onlara da bir fürsət yaratdığını başa düşürlər.

Əlbəttə, Azərbaycanın qazandığı uğurlar bizi sevindirir. Azərbaycan ulduzunun Qafqazda parlamasından daha gözəl nə ola bilər ki? Ancaq bu durumun ABŞ və İsraili Qafqaza gətirən daha böyük bir proses olduğunu unutmamalıyıq.

Təbii olaraq Rusiya da boş dayanmayacaq. Görəcəyi ilk iş Paşinyanın yıxılmasına yol açaraq və ya elə birbaşa özü onu endirərək Ermənistanı asılı vəziyyətə salmaqdır. Digər tərəfdın isə Azərbaycanı müharibədə əldə etdikləri ilə məhdudlaşdıracaq və Qarabağ məsələsinin qəti şəkildə həll olunmasının qarşısını alacaq.

Türkiyə-Azərbaycan yaxınlığı qədər, Azərbaycanda artacaq ABŞ nüfuzu da Rusiyanı narahat edir. Bundan sonra Əliyevin Türkiyə, ABŞ və İsrail arasında aparacağı siyasət, digər tərəfdən isə Ərdoğan-Əliyev cütlüyünün Putinlə birlikdə inkişaf etdirəcəyi siyasətlər həlledici olacaq.

Əgər iş böyüsə və Cənubi-Şimali Azərbaycan bütünləşərək İranı da əhatə etsə, o zaman çox diqqətli olmaq lazım gələcək. Bəli, İranın ən düşünülməmiş qərarı Ermənistana dəstək vermək oldu. Ancaq tərsinə etsəydi, türk əhalisindən böyük dəstək alıb rahatlaşardı. İstənilən halda Rusiyanın həddən artıq zərbə almasının və İranın parçalanmasının Türkiyənin nə qədər xeyrinə olduğu düşündürücüdür.

Bir şeyi yaxşı başa düşmək lazımdır ki, Türkiyə-Rusiya-İran arasındaki siyasətlər ABŞ-İsrail cütlüyünün hərəkət sahəsini məhdudlaşdıracaq yeganə sığortadır. Yenə də unutmayaq ki, ABŞ bu vəziyyəti çox yaxşı görür. Liviyada və Suriyada bu üç dövləti davamlı olaraq yaşadığı anlaşmazlıqlardan istifadə edir. Bu problemli sahələrə Qafqazı da əlavə etmək istədiklərini düşünürəm. Bu günlərdə emosionallıqdan və pafosdan uzaq durmaq lazımdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar