Cümə, 05 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Böyük korrupsiyada vergülün missiyası: Tender satınalmalarında nələr baş verir? - Fotofakt

İki gün əvvəl etender.gov.az saytında FHN-nin Akademiyasının dəftər-kağıza 2021-ci ildə 4 milyon manat xərcləyəcəyi görünürdü. Amma dünən nə oldusa həmin rəqəm 40 minə qədər kiçildi. Bir vergülün qüdrəti ilə...

İki gün əvvəl Qıobal.az saytında Fövqaladə Hallar Nazirliyinin Akademiyasının 2020-ci ilin dekabr ayında yekun vurduğu satınalma barədə "Akademiya dəftər-qələmə 4 milyon manat xərcləyəcək: Texniki səhv, yoxsa fövqəl tender?" başlıqlı xəbər dərc edilmişdi. Həmin xəbərdə Fövqaladə Hallar Nazirliyinin Akademiyasının "Dəftərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə keçirilən satınalmanın məbləğindən bəhs edilirdi.

Xəbərlə tanış olun: Akademiya dəftər-qələmə 4 milyon manat xərcləyəcək: Texniki səhv, yoxsa fövqəl tender?

Belə ki, Akademiyanın sözügedən lot üzrə sifarişçi olduğu satınalmanın məbləği etender.gov.az portalında 4.058.432 (dörd milyon əlli səkkiz min dörd yüz otuz iki) manat kimi göstərilirdi.



Qeyd edək ki, Qlobal.az saytının yazdığına görə məsələ barədə Fövqaladə Hallar Nazirliyinin Akademiyasının növbətçi hissəsi ilə saxlayıb mövqe öyrənmək istəsələr də, bizə koronavirus pandemiyasına görə mühasibatlığın növbəli sistemdə çalışdığını, hazırda aidiyyatı şəxslərdən heç birinin işdə olmadığını bildirdilər.

Sözügedən yazıda göstərilən rəqəmlərlə bağlı Fövqaladə Hallar Nazirliyinin Akademiyasından açıqlama verilib.

Açıqlamada Fövqaladə Hallar Nazirliyinin Akademiyasının "Dəftərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmada yanlışlığa yol verildiyi bildirilərək, göstərilən rəqəmin 4 milyon əlli səkkiz min dörd yüz otuz iki manat yox, qırx min beş yüz səksən dörd manat təşkil etdiyi vurğulanır.

Qeyd edək ki, ölkədə keçirilən dövlət satınalmaları barədə məlumatları etender.gov.az portalı yayımlayır. Portal İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Fövqaladə Hallar Nazirliyinin Akademiyasının "Dəftərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmanın portalda təqdim olunan ilkin rəqəmi təqdim edirik:

Bu isə daha sonra vergülün qüdrəti sayəsində həmin rəqəmin 40 minə qədər kiçilməsinin fotosudur:

Sual olunur, etender.gov.az saytı bu cür saxtakarlıqlara necə yol verir? Əgər Fövqaladə Hallar Nazirliyinin Akademiyası və Satınalmalar üzrə Agentlik bu baş verənləri texniki səhv kimi qiymətləndirirlərsə, o zaman Fövqaladə Hallar Nazirliyinin Akademiyasının "Dəftərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə keçirilən satınalmanın sənədlərini ictimaiyyətə təqdim edə bilərlərmi?

Qeyd edək ki, Satınalmalar üzrə Agentlik vergülün qüdrətindən çox tez-tez istifadə etməkdə və böyük korrupsiyanı texniki səhv olaraq təqdim edərək özünü təmizə çıxarmaqdadır. Xatırladaq ki, təqribən il yarım əvvəl PİA.az Ucar Mərkəzi Xəstəxanasının 10 milyonluq dəftərxana alması barədə teder məlumatlarını aşkarlamış və həmin məlumatı ictimailəşdirmişdi.

Xəbərlə tanış olun: Böyük tender talanı: Məntiqə sığmayan anormal xərclər - Video

Həmin vaxt da Satınalmalar üzrə Agentlikdən verilən açıqlamada bunun vergül xətası olduğu bildirilirdi. Buna görə də yaxşı olardı ki, Satınalmalar üzrə Agentlik etender.gov.az saytında keçirilən satınalmaların sənədlərini də yerləşdirsin. Bu şəffaflıq üçün çox düzgün addım olardı və Agentlik qarşısında bu günə qədər qaldırılan minlərlə tender barədə bütüb həqiqətləri ortaya qoymuş olardı.

Sırf FHN-nin Akademiyasının 4 milyonluq kağız qələm satın almasına gəlincə isə bu məlumatların saxtalaşdırılmasının cinayət əməli olduğunu yəqin ki, hər iki tərəf yəqin ki, bilir.

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

SMS icazə ilə bağlı Nazirlər Kabinetindən rəsmi açıqlama

Qasparyan “günah keçisi” olaraq istifadə olundu... - Ermənistan müxalifəti ilə Rusiya arasında nələr olacaq?

YAP İdarə Heyətindən kənarda saxlanılan şəxslərin tam siyahısı - Yenilənib

ABŞ səfirliyində gizli görüş: “Qarabağdakı rus sülhməramlıları...” 

“Hələ sazişi xilas etmək mümkündür” - Lavrov

YAP-ın qurultayı başa çatıb - 40 nəfərlik İdarə Heyəti seçilib - Yenilənib

Paşinyan mühafizəsini Türkiyəyə əmanət edəcək - Sensasion xəbər

“Əlbəttə ki, Koçaryan Rusiyanın böyük dostudur, amma...” - Peskov

"Buna nəyə əsasən qərar veriblər, vallah, mənə çatmır" - Kamil Zeynallı

Ən çox oxunanalar