Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Britaniyanın ticarət elçisi Azərbaycana gəldi

Böyük Britaniya Baş Nazirinin ticarət elçisi Baronesa Nikolson Azərbaycana gəlib

Bu barədə ölkənin Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Bu, ticarət elçisinin 2019-cu ildə Azərbaycana ikinci səfəridir və bir həftə davam edəcək.

Ticarət elçisi Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən və Azərbaycandakı Britaniya Şurası (British Council) tərəfindən həyata keçirilən və Böyük Britaniya ilə Azərbaycan arasında gözəl səviyyədə olan mədəni və təhsil əlaqələrini əks etdirən bir sıra açılış mərasimlərində iştirak edəcək.

Ticarət elçisi, Azərbaycanın yüksək vəzifəli şəxsləri və Britaniya biznes qrupunun üzvləri ilə görüşlərlə yanaşı, cəmiyyətin qabaqcıl xanım liderləri ilə də görüşəcək, qadınların səlahiyyətləri, məişət zorakılığı, gender və uşaqların qorunması mövzularında danışacaq.

Səfərdən öncə B.Nikolson deyib: "Böyük Britaniya ilə Azərbaycan arasında uğurlu ikitərəfli münasibətlər təkcə ticarət və enerji sahələrini əhatə etmir. 2019-cu ildə Azərbaycana ikinci dəfə səfər etməkdən məmnunam və işgüzar sahədə, eyni zamanda mədəniyyət, təhsil, ətraf mühit və səhiyyə sahələrində də Böyük Britaniya ilə Azərbaycanın əlaqələrinin daha da inkişaf edəcəyinə ümid edirəm. Azərbaycan hökuməti ilə gələcək əməkdaşlıq imkanlarını araşdırmaq üçün söhbətlərimizi səbirsizliklə gözləyirəm”. (teleqraf.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar