Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük “balığın” Monakoda ovlanması...

Rusiyalı oliqarx-milyarder, “Monako” futbol klubunun sahibi Dmitri Rıbolovlevin ötən gün noyabrın 6-da Monakoda saxlanılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb

Rusiya KİV-ləri xəbər verir ki, oliqarx günün birinci yarısında ifadə vermək üçün polisə çağırılıb və polis bölməsinə könüllü gedib. Orada onun saxlanılması barədə qərar verilib.

Məlumatlı mənbə bildirib ki, Rıblovlevin saxlanılması onun art-dileri, İsveçrə vətəndaşı İvo Buvyenin işi ilə bağlıdır. Rıbolovlev İvo Buvyevdən vaxtaşırı olaraq incəsənət əsərləri-rəsmlər alıb. Amma bir müddət sonra art-dileri onu aldatmaqda və satdığı rəsm əsərlərinin dəyərini dəfələrlə şirşirtməkdə günahlandırıb. Rıbolovlev Buvyenin barəsində Monako hüquq-mühafizə orqanlarına şikayət edib və hesab edir ki, art-diler ona 1 milyard dollar ziyan vurub. Oliqarxın bildirdiyinə görə, Buvye ona 20-ci əsrin əvvəllərinin məşhur rəssamlarının 37 əsərinin qiymətini əsassız şəkildə dəfələrlə şişirdib.

Məlumatlara görə Rıblolovlev və ətrafı Monakonun polis və istintaq orqanlarına güclü təzyiqlər edərək Buvyenin işini oliqarxa sərf edən istiqamətə yönəltməyə çalışıb. Buvye isə bildirib ki, Rıbolovlevi Monako hüquq-mühafizə orqanları ilə sövdələşmədə və onun tezliklə həbs olunaraq barəsində ittiham irəli sürülməsini sifariş verməkdə günahlandırıb.

Rıbolovlevin saxlanılması üçün ipucları onun vəkilinin telefonuna baxış zamanı ələ keçib. Bir il əvvəl Fransanın “Le Monde” qəzeti Rıbolovlevin vəkili ilə Monakonun ədliyyə naziri Filip Namino arasında SMS-yazışmaları dərc etmişdi və bu yazışmalara əsasən tərəflər Buvyenin işini müzakirə edirdilər. Qalmaqal nəticəsində nazir istefa verməli olub.

Bildirilir ki, indi Monako hüquq-mühafizə orqanları rusiyalı oliqarxı nüfuz ticarətində və korrupsiyada şübhəli bilir. “Kommersant”ın yazdığına görə Rıbolovlevin gün ərzində buraxılması gözlənilir. Lakin ona ittihamın irəli sürülüb-sürülməyəcəyi haqda məlumat yoxdur.

Oliqarxa 1 milyard dollar "atan" art-diler

Əslində isə Rıbolovlevin saxlanılması daha böyük məsələ-ABŞ prezidenti Donald Trampla Rusiya arasında gizli əlaqələrlə bağlı ola bilər. “The Guardian” qəzeti onun Tramp və ailəsi ilə mümkün tanışlığı, habelə biznes sövdələşmələri barədə yazır. Qəzetin yazdığına görə milyarderin keçmişindən bəzi faktlar Trampın adamları ilə Rusiya xüsusi xidmət orqanları arasında gizli əlaqələri araşdıran federal müstəntiqlərin və konqresmenlərin diqqətini cəlb edib.

Məsələn, xüsusi prokuror Robert Müllerin komandası öyrənib ki, 2008-ci ildə Rıbolovlev Trampın Floridada, okean sahilində yerləşən “Maison de LAmite” malikanəsini 100 milyon dollara alıb. Tramp bu sövdələşmədən 50 milyon dollar qazanıb. Rıbolovlev isə bir dəfə də olsun malikanəyə getməyib, hansı ki, orada rütubətə görə problemlər başlamışdı. Rusiyalı biznesmen binaya və yerləşdiyi torpaq sahəsinə yatırım qoyub, villanın ərazisini üç yerə bölüb və onlardan ikisini yaxşı qiymətə satıb.

Qəzet sual edir ki, Rıbolovlev bu malikanəni təsadüfən alıb, yoxsa Trampla hansısa əlaqələri olub? Bu sualın yaranması təsadüfi deyil. 2016-cı ilin noyabrında, ABŞ-da prezident seçkiləri kampaniyası zamanı Rıbolovlevin şəxsi təyyarəsi Şimali Karolina ştatının “Şarlotta” beynəlxalq aeroportunda Trampın təyyarəsi ilə yanaşı dayanmışdı. Respublikaçı namizəd həmin gün ştatda seçicilərlə görüşürdü.

Rıbolovler deyir ki, bu tam təsadüfdür və heç vaxt Trampla görüşməyib. ABŞ-a isə nümayəndəsinin dediyi kimi, Rıblovlev tez-tez gedir-“biznes və əyləncə üçün”.

Lakin Müllerin komandasını bir fakt da maraqlandırır. 2016-cı il avqustunda Rıblolovlevin “Mənim Annam” adlı dəbdəbəli yaxtası Xorvatiyanın Dubrovnik şəhərinin limanında lövbər salmışdı. Həmin vaxt Trampın qızı İvanka və əri Cared Kuşner də orada istirahət edirdi. Rıbolovlev bunun da “tam təsadüf olduğunu, Amerika prezidentinin ailə üzvləri ilə heç vaxt görüşmədiyini” deyib.

Bu arada LDPR lideri Vladimir Jirinovski Rıbolovlevin saxlanılmasına və onun barəsində “The Guardian”da çıxan yazıya reaksiya verib. “İndi Rıbolovlevi saxlayıblar, hansı ki, Trampdan villa almışdı. Görürsünüz, bizdə necə varlı oliqarxlar var! Tramp satır-pulu azdır, amma Uraldan olan Rıbolovlev Dima onun Mayamidəki villasını 100 milyon dollara alır”-Jirinovski Dövlət Dumasının plenar iclasından əvvəl jurnalistlərə bildirib.Virtualaz.org 

pia.az


Etiket: Oliqarx Monako

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar