Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Amerika xülyası sona çatır

Ölkədə sosial irəliləyiş şansı Çili və Argentinanın səviyyəsinə düşüb

Yoram Peri

Haaretz (İsrail), 10.06.2019

Yüzilliyin başlanğıcından bəri Amerikada (34 yaşadək) gənclər arasında intihar səviyyəsi 28% artıb, eyni zamanda yaşayışın gözlənilən səviyyəsi artıq dalbadal üçüncü ildir azalır. Bu hadisələri aydın bir xətt başqalarının uzun sırası ilə birləşdirir. Bunu qısaca Böyük Amerika xülyasının sonu kimi müəyyən etmək olar.

ABŞ son illərdə meritokratiyadan (layiqlilərin hakimiyyəti-tərc.) plutokratiyaya (varlıların əlində olan siyasi quruluş-tərc.) yolun qalan hissəsini açıb. Siyasi və texnoloji yüksəkliklər, dünyanın ən yaxşı universitetləri, əhalinin çoxunun yüksək həyat səviyyəsi, habelə mədəni və bədii əsərlər – bunların hamısı hər şeydən qabaq Birləşmiş Ştatlar dünyada dəyərlərin tərəqqisi, maarifçilik, liberalizm və azadlıq əsasında qurulmuş ilk ölkə olduğuna görə əldə edilmişdi.

Habelə bu faktı da gözardı etmək olmaz ki, bu uğurların başlıca səbəbi ayrı-ayrı şəxslərə və qruplara azad məkan və bacarıq və təşəbbüs sahibi olan adamlara məhdudiyyətsiz hərəkət etmək və milli piroqu böyütmək imkanı verən kapitalist ideologiyası idi. “Planlı iqtisadiyyat”ın əks yanaşması xeyli dərəcədə daha uğursuz çıxdı.

Kapitalizmin künc daşı meritokratiya – istedadlı adamların istənilən zirvəyə yetə biləcəyi prinsipidir. Hökumət hədd və maneələr qurmursa, istedad uğura nail olur və bütün cəmiyyət udur.

Amma son otuz ildə Amerika iqitsadiyyatında nəsə baş verir: yuxarı detsil (bölgünün onda biri-tərc.) və aşağıdakı doqquzu arasındakı fərq kəskin artıb. Kaliforniya Universitetinin araşdırma məlumatlarına görə, 2012-ci ildə 160 minə yaxın ailə ABŞ-ın milli sərvətinin 22 faizinə sahib idi.

Fransa iqtisadçısı Tomas Pikettinin “Kapital XXI yüzillikdə” kitabı bu fərqin və cəmiyyətə gətirə biləcəyi fəlakətin dərinləşməsindən çəkindirən ilk əsərlərdən biri idi. Tarixdə oxşar durumlar artıq iqtisadi tənəzzül və vətəndaş savaşlarına səbəb olub.

Varlılar nə qədər varlıdırsa, onların durumu əbədiləşdirmək səyləri, status-kvo bir o qədər güclü olur və meritokratiyanın mirası plutokratiyaya çevrilir. Bu durumun dəqiq təsviri ötən il “Atlantik” dərgisində dərc edilmiş “Yeni Amerika aristokratiyasının doğluluşu” adlı geniş məqalədə meydana çıxıb.

İllik gəliri 1,5 milyon dollardan 2,5 milyon dollaradək olan əhalinin 10%-dən azı ölkə həyatının bütün yönlərinə – təhsil, nəqliyyat, sənaye, elm və səhiyyəyə həlledici təsir göstərir.

Amerika xülyası harada və hansı ailədə doğulduğundan asılı olmayaraq hər kəsin – əgər çox işləyirsə – həmişə yükəsliklərə, hətta Ağ Evə yetişə biləcəyindən ibarətdir. Əlbəttə, bu, keçmişdə də həmişə həqiqət olmayıb, amma bu gün tamamilə aydındır ki, banklarda milyonlar və yaxud varlı dostlar olmasa, senata və ya konqresə seçilməyə heç bir şans yoxdur. Amma yüksək zümrənin varlığı buna bəraət qazandırırmı ki, onu aristokratiya adlandırırlar? Vacib deyil, çünki, məsələn, ənənəvi Britaniya cəmiyyətindən fərqli olaraq Amerika xülyasının ikinci prinispi bu idi ki, yeni qitədəki cəmiyyət açıq olacaq; yüksək sinfin hüdudları bağlı olmayacaq; sürətli hərəkət bacarığı da istənilən uğura çatmaq imkanı verəcək.

Bu iddia uzun illər boyu həqiqət idi, amma biz yeni erada yaşayırıq. Və bu gün ABŞ-da gənc nəslin artıq yarısı valideynlərindən daha yüksək statusa yetmək şansına malik deyil.

Birləşmiş Ştatlar üçün həmişə qürur qaynağı olan sosial sürətli hərəkət bacarığı bu gün Çili və ya Argentinanın mobilliyinə oxşayır.

Tomas Piketti öz kitabında izah edib ki, yüksək zümrə öz statusunu hər şeydən qabaq kapitala əməkdən daha çox faydalı iş əmsalı verən iqtisadi siyasətlə təmin etməlidir. Amma yeni aristokratiya tam başqa cür işləyərək qeyri-bərabərliyi əbədiləşdirməyə nəzərdə tutulan tam bir sosial və siyasi sistem formalaşdırır. ABŞ-dakı inkişaf etmiş ölkələrdə bənzəri olmayan ali təhsil sistemi də buna hesablanıb

Birləşmiş Ştatlarda tələbələrin çoxu təhsil üçün borc götürməyə məcburdur. Artıq təhsil sistemi qarşısında borcun ipoteka böhranından daha ciddi iqtisadi kollapsa aparacağını hesab edənlər var.

Guya ən istedadlı adamların təhsili üçün nəzərdə tutulan, amma praktikada, görünür, başqa məqsədi – yeni aristokratiyanın oğul və qızlarını öz aralarında qohumlaşmağa məcbur etməyi güdən nüfuzlu universitetlər problemi ağırlaşdırır.

1985-ci ildə ən yaxşı universitetlər siyahısındakı tələbələrin 54 faizi, 2010-cu ildə yalnız 33 faizi cəmiyyətin üç ən yoxsul təbəqəsindən idi. Belə sosial gerçəklik sərvətin ən yüksək hədəf olduğu qəddar kapitalist konsepsiyasının ifadəsidir.

Amerika siyasi sistemi haqlı olaraq bütün dünyada təqlid üçün örnək sayılsa da, amma Amerika kapitalizminin 1980-ci illərdə başlanan və Tramp administrasiyası ilə başa çatan indiki tarixinin fəslində bu gözəl prinsiplərdə sərt və sürətlənən tənəzzül baş verib.

London İqtisadiyyat Məktəbinin professoru Enn Epllbaum belə bir gələcəyi qabaqcadan görüb. Tramp seçki kampaniyasına başlayanda o yazıb ki, Tramp və Putin üçün ümumi məxrəcdən – kleptokratiyadan çəkinmək gərəkdir.

ABŞ-da kleptokratiya dövlət vəsaitlərini təkbaşına rəhbərin cibinə ötürmək deyil, “yeni aristokratlar”ın Trampa gizlicə nifrət etdiklərinə baxmayaraq, onu dəstəklədikləri siyasi sistemdir. Prezident hər gün dolayı yolla özünü, ailəsini və dostlarını varlandırır.

Tramp administrasiyasında ümumilikdə indiyədək 2800 şirkəti təmsil edən 350-dən az olmayan keçmiş lobbiçi var. 2017-ci ildə keçirilən sorğu göstərib: amerikalıların 44 faizi hesab edir ki, Ağ Ev korrupsiyaya yoluxub. Gələcəyin daha yaxşı olacağına inam yox olur. Pyu İnstitutunun martda dərc etdiyi sorğu göstərib ki, amerikalıların 44 faizi Amerika Birləşmiş Ştatlarının gələcəyini bədbin dəyərləndirir.

Halbuki Vaşinqtonda qərar qəbul edən adamlar Amerika ictimaiyyətinin duyğularını diqqətlə izləyirlər, son nəticədə onların aldıqları qərarlar “yeni aristokratiya”nın maraq və mövqeyini əks etdirir.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar