Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bosniyalı jurnalist Xocalı və Srebrenitsa soyqırımları paralel təhlil etdi

Şərqi Avropada fəaliyyət göstərən diasporumuzun təşəbbüsü ilə "Nova Zora" xəbər portalında "Xocalı soyqırımı və Srebrenitsadakı soyqırımı arasında paralel" sərlövhəli məqaləsi dərc olunub.

Diaspora İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məqalənin müəllifi portalın redaktoru, araşdırmacı-jurnalist, etnik bosniyalı olan Faruk Tucakoviç Xocalı və Srebrenitsa soyqırımlarına aparan proseslərə diqqəti cəlb edib, Xocalı və Srebrenitsada baş verənlər barədə ətraflı məlumat verib. Məqalədə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın "“Xocalıdan əvvəl azərbaycanlılar bizimlə zarafat etdiklərini, ermənilərin mülki əhaliyə qarşı əl qaldıra bilməyən insanlar olduğunu düşünürdülər. Bu stereotipi qırmağı bacardıq" etirafını nəzərə çatdırıb.

Müəllif yazıb ki, Xocalı soyqırımına göz yumulması bir neçə il sonra Srebrenitsada da soyqırımının baş verməsinə səbəb olub: "Srebrenitsa məsələsində olduğu kimi Xocalı hadisəsində də soyqırımı cinayətini törədənlər hələ 30 il keçdikdən sonra da ədalətini gözləyir və ədalət axtarırlar".

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://nova-zora.com/paralela-izmedju-genocida-u-hodzaliju-i-genocida-u-srebrenici

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar