Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boris Consonun qələbəsi Avropa Birliyinin və Britaniyanın ərazi bütövlüyünü təhdid edir?

Boris Consonun həm Avropa Birliyini, həm də Britaniyanın Birliyini parçalamaq üçün zəmin ortaya qoyan qələbəsi yaxın beş ildə Britaniyaya və Avropa Birliyinə nə vəd edir?..

Politoloq: “Britaniya Avropa Birlindən çıxandan sonra bir çox sahələrdə müstəqil siyasət yürütməyə başlayacaq”.

Britaniyanın Avropa Birliyindən çıxmasının əsas səbəblərindən biri Çinə qarşı ABŞ-İngiltərə ticarət alyansının yaradılmasıdır”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Britaniyada keçirilən seçkiləri və nəticəni PİA.az-a şərh edərkən qeyd edib.

Britaniyada seçkiləri hakim Mühafizəkarlar Partiyasının qələbəsi ilə nəticələndi. Artıq “Brexit”in reallaşması heç kimdə şübhə doğurmur. Böyük Britaniyanın Baş naziri Boris Conson Milli Səhiyyə Xidmətinin maliyyələşməsinin artırılacağını, “Brexit”ə keçidi “amma”, “əgər” olmadan təmin edəcəyinə söz verib.

“Biz bunu nail ola bildik. Yeni günün yeni şəfəqləri yetişdi. Sizin dəstəyinizi haqqım kimi yox, mənə etibar edilən kredit kimi dəyərləndirirəm”, - Boris Conson qələbə nitqində deyib.

Lakin buna baxmayaraq bu seçki Birləşmiş Krallığın parçalanması üçün də ciddi zəmin ortaya çıxardı. Qeyd edək ki, Şotlandiyada seçkilərin qalibi olan millətçilər müstəqillik üçün yeni referendum keçirəcəklərini bildiriblər. Referendum baş tutarsa, bu dəfə şotlandların müstəqilliyə səs verəcəkləri gözlənilir. Bu baş verəsə isə Londonun necə davranacağı indidən maraq doğurur. Qeyd edək ki, bir neçə il əvvəl Londonun razılığı ilə Şotlandiyada müstəqillik referendumu keçirilmiş və cüzi səs çoxluğu ilə şotlandala Birləşmiş Krallığın tərkibində qalmağa qərar vermişdilər. İkinci referendumda isə bunun əksinin baş verəcəyi şübhə doğurmur.

Boris Consonun həm Avropa Birliyini, həm də Britaniyanın Birliyini parçalamaq üçün zəmin ortaya qoyan bu qələbəsini necə dəyərləndirmək olar? Ümumiyyətlə bu seçkilərin hakim olacağı yaxın beş ildə Britaniyanı və Avropa Birliyini nə gözləyir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya müraciət edib.

Nəzakət Məmmədova:  “Yəqin ki, Şotlandiya Brexitdən sonra yeni referendum keçiriləcək və bu, həm Britaniya, həm də AB-dəki proseslərə böyük təsir göstərəcək”.

Böyük Britaniyanı çox zaman ABŞ-ın Avropadakı “troya atı” adlandırıldığını xatırladan politoloq əlavə edib ki, ABŞ BritaniyaAvropa İttifaqında ona görə üzv kimi görmək istərdi ki, Britaniya vasitəsi ilə oradakı prosesləri idarə edə bilsin və proseslərə müdaxilə edə bilsin:

“Orta əsrlərdən bəri Böyük Britaniya bir dəniz imperiyası olaraq Avropa qitəsində balansı qorumağa çalışıb. Bununla da sülh və sabitliyə nəzarət etməyə çalışıb. Amma özü heç vaxt koalisiyalarda, ittifaqlarda həvəslə iştirak etməyib. Böyük Britaniya o zaman koalisiyalara, ittifaqlara qoşulub ki, tərəflərdən biri zəif, digəri isə güclü olub. Bu zaman balans pozulduğuna görə müharibə ehtimalı daha ciddi olub. Buna görə də Britaniya çox zaman zəifin tərəfində olub ki, balansı qoruyub tarazlıq yaratsın.

Böyük Britaniyanı çox zaman ABŞ-ın Avropadakı “Troya atı” da adlandırılar. ABŞ BritaniyaAvropa İttifaqında ona görə üzv kimi görmək istərdi ki, Britaniya vasitəsi ilə oradakı prosesləri idarə edə bilsin və proseslərə müdaxilə edə bilsin. Amma Britaniya Avropa Birliyinə nisbi qəbul olsa belə, pul vahidində avroya keçmədi, viza verməsi prosedurunda öz qayda-qanunlarını saxladı. Yəni Britaniya müəyyən sahələrdə öz müstəqilliyini saxladı.

Nəzakət Məmmədova: “Şotlandiya Britaniyadan ayrılarsa, bu həm Britaniyada, həm də Avropada böyük siyasi təlatümlərə səbəb olacaq”.

“Brexit”lə bağlı məsələyə gəlincə isə ilk olaraq onu deyim ki, Britaniyanın Avropa Birliyindən çıxmaq qərarı Birləşmiş Krallığın ictimai fikrini parçaladı. Bu parçalanmanın həm siyasi, həm də iqtisadi nəticələri olacaq. Şotlandiyada da Britaniyadan fərqli olaraq “Brexit” əleyhdarları üstünlük təşkil edir və onlar Avropa Birliyinin tərkibində qalmağa israr edirlər. Seçkilər bitdikdən sonra Şotlandiyanın naziri xanım Stredcen də 2020-ci ildə Britaniyanın tərkibində qalıb-qalmamaqla bağlı referendum keçirməyi planlaşdırdıqlarını bildirib. Nəzərə alsaq ki, 2014-cü və 2016-cı illərdə Şotlandiyada referendumlar keçirilib, əhali Britaniyadan ayrılmağı və Avropa Birliyinin tərkibində qalmağa səs verib. Yəqin ki, Şotlandiya Brexitdən sonra yeni referendum keçiriləcək və bu, həm Britaniya, həm də AB-dəki proseslərə böyük təsir göstərəcək. Bu prossesin hansı nəticələr doğuracağını isə indidən proqnozlaşdırmaq mümkün deyil. Böyük ehtimalla London bütün mümkün imkanlarla Şotlandiyanın ayrılmasına mane olacaq. Bunu nə qədər bacaracaqlarını isə zaman göstərcək. 

Onu da qeyd edim ki, Şotlandiya Britaniyadan ayrılarsa, bu həm Britaniyada, həm də Avropada böyük siyasi təlatümlərə səbəb olacaq. Hər şeydən əvvəl Avropa Birliyi ölkələrində separatizm yüksələcək və Katoloniya başda olmaqla bir sıra bölgələr müstəqillik əldə etmək üçün israrlarını artıracaqlar. Yəni bu prosses bütün Avropaya ağır nəticələrə səbəb olacaq hadisələri tətikləyə bilər və bütövlükdə Avropada xaosun yaranmasına yol açar.

Hesab edirəm ki, Britaniyanın Avropa Birliyindən çıxmasının əsas səbəblərindən biri Çinə qarşı ABŞ-İngiltərə ticarət alyansının yaradılmasıdır. Çünki bildiyimiz kimi ABŞ-ın Britaniya ilə çox gözəl ticarət münasibətləri var. Lakin Britaniya elə bir dövlətdir ki, o heç vaxt bir qütblə, bir dövlətlə, bir güc mərkəzi ilə işləmir. Britaniya müxtəlif güc mərkəzləri ilə işləyərək balans yaratmaq istəyir və buna nail olur. Bu fonda Britaniyanın ABŞ-la ticarət münasibətlərinin daha da genişləndirilməsi nəzərdə tutulur. Bu da ABŞ-Çin ticarəti fonunda xüsusi əhəmiyyət kəsb edir və diqqət cəlb edir. ABŞBritaniya Çinə qarşı ticarət məsələsində birləşə bilər.

Nəzakət Məmmədova: “Britaniyanın ABŞ-la yaxınlaşması siyasəti Çinlə müəyən problemlərin yaranmasına səbəb ola bilər”.

Düşünürəm ki, Britaniya ABŞ-ın Çinin qarşısında zəif düşməsini istəmir. Çünki Britaniya Avropa Birliyindən çıxandan sonra ABŞ-la bir sıra maliyyə sazişlərinin imzalanması gözlənilir. Yəni Britaniya Avropa Birliyindən asılı olmayan, müstəqil şəkildə maliyyə münasibətləri qurmağa çalışır. Bu ölkələrdən birincisi də ABŞ-dır. Britaniya Avropa Birliyindən çıxandan sonra bir çox sahələrdə müstəqil siyasət yürütməyə başlayacaq. Həmçinin Britaniyanın Avropa Birliyindən çıxması Avropa Birliyi üçün böyük itkidir. Amma bu Britaniyaya elə də böyük zərər verməyəcək. Britaniyada ümumi daxili məhsulun qismən azalması nəzərdə tutulur və s. Amma ümumillikdə bunun Britaniya üçün zərərli proses olacağını düşünmək olmaz.

Onu da qeyd edim ki, Britaniyanın ABŞ-la yaxınlaşması siyasəti Çinlə müəyən problemlərin yaranmasına səbəb ola bilər”.

Nərminə UMUDLU

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar