Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boris Consonla Co Bayden arasında telefon danışığı olub

Böyük Britaniyanın Baş naziri Boris Conson və ABŞ Prezidenti Cozef Bayden arasında onun vəzifə səlahiyyətlərinin icrasına başlamasından bəri ilk dəfə telefon danışığı olub.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə baş nazirliyin ofisindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, B.Conson prezident Baydeni andiçmə mərasimi münasibətilə təbrik edib.

"Baş nazir prezidentin iqlim dəyişikliyi ilə əlaqədar Paris sazişinə, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına və peyvəndlərə bərabər çıxışın təmin edilməsi üçün COVAX proqramına yenidən qoşulma qərarını alqışlayıb", - məlumatda belə deyilir.

Bildirilib ki, liderlər iki ölkə arasında potensial sərbəst ticarət razılaşmasının faydalarını da müzakirə ediblər. Bundan əlavə, Boris Conson özünün "Twitter" səhifəsində C.Baydenlə danışdığı üçün şad olduğunu, BritaniyaABŞ arasında uzun müddətdir davam edən dostluğu daha da dərinləşdirmək üçün səbirsizliklə gözlədiyini qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar