Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boris Conson: “Xəstəxanaya qəbul edilən koronavirus xəstələrinin sayı azalıb”

“Olmadığım dövrdə məni əvəz edən hər kəsə, xüsusən də Dominik Raaba təşəkkür edirəm. Bu, bizim Birinci Dünya müharibəsindən sonra üzləşdiyimiz ən böyük çətinlikdir”...

APA-nın Britaniya müxbirinin verdiyi xəbərə görə, bunu yeni növ koronavirusdan sağalan və bu gün vəzifəsinin icrasına başlayan Böyük Britaniyanın Baş Naziri Boris Conson “Downing Street”də çıxışı zamanı deyib.

O, ölkə xəstəxanalarına qəbul edilən koronavirus xəstələrinin sayının azaldığını vurğulayıb.

“Bu, koronavirusun pik nöqtəsini geridə qoymaq üzrə olduğumuzu göstərir”, - deyə o qeyd edib.

B. Conson ölkədə ikinci dəfə koronavirusun pik həddə çatmasının qarşısını almağın vacibliyinə də toxunub və xalqı indiki şəraitdə karantində qalmağa və səbirli olmağa çağırıb.

Baş Nazir hökumətin növbəti günlərdə koronavirusla bağlı açıqlama verəcəyini bildirib: “Biz karantinlə bağlı dəyişikliklərin nə zaman, necə və hansı surətdə olacağını deyə bilmərik. Şübhəsiz ki, hökumət növbəti günlərdə bu barədə daha ətraflı açıqlama verəcək”.

pia.az


Etiket: Boris Conson


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar