Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Borçalıdakı “hoydaş”larımızın erkən nikah sevgisi...

Gürcüstan höküməti “hoydaş"larımıza qarşı cinayət işi açsa da, gün üzü kimi aydındır ki, məsələ “şirinlik”lə bağlanacaq

Ziya Mehti yazır...

Deməli, bu yaxınlarda çox sevdiyim bir dostum Gürcüstana köçəsi oldu.Bakıya gələndə oranın təhsili haqqında sorğu-sual edirdik ki, dostum oğlunun ona verdiyi sual haqqında danışmağa başladı. Uşaq adaptasiyada sıxıntı yaşamırmış, bizim oradakı həmvətənlilərimizin uşaqları bizim uşağa adaptasiya olmaqda əziyyət çəkir. Məsələn, bizim uşaq fərqinə varıb ki, bu uşaqlar doğulduğu gündən bəri “bəli” sözü nədir bilməyiblər, elə hər şeyə “hoy” deyirlər. Belə pis çıxmasın bu uşaqlar oradakı “hoydaş"larımızın uşaqlarıdır...

“Hoydaş” sözü təhqir sayılmasın, sadəcə istəyirəm Borçalının geriçi kəsimini də təmsil edən bir söz olsun. İndi desək ki, bütün Borçalı elədir, səhv etmiş olarıq. Mən mədəni, intellektli, təhsilli çox Borçalı sakini tanıyıram, amma reallıq budur ki, çoxluq yeniliyin qəsdinə durub. Elə bu yaxınlarda baş verən Həmid müəllimlə bağlı hadisə də bunu təsdiqlədi.

Bəzi adamlar var ki, onlar haqqında yazmaq və onların cərgəsində olmaq bir düşüncənin parçası olmaqdır. Həmid Sadıxlı da belə insanlardan biridir. Çünki Həmid müəllim Borçalıdakı geriçiliyin, xüsusilə də erkən nikah probleminin önündə durmağa çalışır. Təkcə bu da deyil publisistik yazıları ilə azərbaycanlı Mamedin dərdindən danışmağa çalışır. Bir sözlə, feysbukdan ümumən Azərbaycan dilli kütləyə xitab edir. Bir sözlə, Həmid Sadıx maarifçilərimizin baş qaldırdığı torpaqlarda Bakıda gündüz vaxtı fənərlə axtardığımız ziyalıları andırır.

Hər zaman maarifçilərin boğazına dirənən bıçaq indi də Həmid müəllimin boğazına dirənib, yəni verdiyi reaksiyaya görə mövzu bais “hoydaş”larımız onu “söhbət”ə çağırıb üzr istədiblər. Bəli, zorakılıqla bu müəllimi “sındırmağa” çalışıblar. Səbəb isə Qardabaninin Kalinino kəndində elə Həmid müəllimin universitetə hazırlaşan şagirdlərindən birinin qaçırılmasına etiraz etməsidir. Həmid müəllim məsələ ilə bağlı sosial şəbəkədə yazdığı statusda Yəni zorakılığın qarşısında durmağa çalışarkən özü qurbana çevrilib. Gürcüstan höküməti “hoydaş”larımıza qarşı cinayət işi açsa da, gün üzü kimi aydındır ki, məsələ “şirinlik”lə bağlanacaq.

Ümumiyyətlə, Borçalının dərdi ağırdır. 10 kilo kartofa prezident seçənlərin Gürcüstanın siyasi-ictimai həyatında rol oynadığını iddia etmək gülməli olar. İctimai iştirakçı olmağa çalışanların isə qabağında durulur. Gürcü dili bilməyən bu toplumun problemlərini həll etmək isə gürcü siyasətçilərinin gündəmində deyil və əminəm ki, olmayacaq. Hər zaman Gürcüstanın Azərbaycan üçün avanqard ola biləcəyi reallığı unutmamalıyıq. Ona görə də Borçalıda baş verən məsələlərə reaksiya verməliyik, hətta yeri gəlsə, bu kimi məsələlərə Azərbaycan hökümətini də reaksiya verməyə təşviq etmək lazımdır.

Əgər vətəndaş cəmiyyəti problemlərin qarşısında durmasa qadın cinayətləri də, gender problemləri də, erkən nikahlar da olmağa davam edəcək. Keçmişi danmaq köhnə vərdişdir, heç olmasa gələcəyi yox etməyək.

Ziya MEHTİ
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Xəzərin turizm dəyəri : Qazaxıstanın və bizim çimərliklərimiz... - FOTOLAR

Feysbukun Əli Kərimli fenomeni – AXCP kimi təmsil edir?

İnkişafın Ruanda modeli – Azərbaycana tətbiq edilsə, nə olar?

39 il əvvəl bu günün Türkiyəsi - edamlar, ölümlər, həbslər və xunta...

 Fırıldaqçılıq oyunları : NASA xülyaları ilə böyüyən gənclik və innovativ obskurantizm

“Əkinçi”dən əkinçiyə Azərbaycan mətbuatı

“DOST”, yoxsa düşmən? - nazirlik ehtiyacı olan vətəndaşlara niyə yardım etmir?

Boşqablar uçur, heyvanlar əcaibləşir – Cəhalətə dəstək duran Azərbaycan mediası

Parlamentarizm bataqlığında batan reformist solun səslərinə yiyə çıxanlar – “Yaşıllar” Partiyası

Borçalıdakı “hoydaş”larımızın erkən nikah sevgisi...

Ən çox oxunanalar