Bazar ertəsi, 16 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Boliviya prezidenti Morales istefa verdi –Polis onu həbs etməyə çalışır

Boliviya prezidenti Evo Morales istefa verdiyini açıqlayıb

Bu barədə “Pagina 7” qəzeti bildirib.

Məlumata əsasən, keçmiş dövlət başçısının təyyarəsi Argentina ərazisində uçuş planını istəyib. Təyyarə El-Alto beynəlxalq hava limanından uçub. Qeyd edək ki, daha əvvəl silahlı qüvvələr onu ölkədə sabitliyin təmin olunması üçün vəzifədən getməyə çağırıblar.

Boliviya polisi eks-prezident Evo Moralesi saxlamaq istəyir. Bu barədə ölkə Səhiyyə Naziri Qabriela Montanyo bildirib. Q.Montayo deyib: “Boliviya polisi qanunsuz olaraq Evo Moralesi saxlamaq niyyətindədir, bu dəlilik barədə dünyaya bildiririk”.

Moralesin başçılıq etdiyi Boliviyanın bütün yüksək rəhbərliyi bir neçə saat əvvəl istefa verib.

Boliviya Senatının ikinci vitse-spikeri, müxalifətin nümayəndəsi Janin Anyes bütün yüksək rəhbərliyin istefasından sonra ali hakimiyyətin ona keçdiyini bildirib.

Anyes bunu “Pagina 7”-yə açıqlamasında deyib.

Bundan əvvəl prezident Evo Morales, vitse-prezident Alvaro Qarsia Linyera, Senatın rəhbəri Adriana Salvierra, Senat sədrinin birinci müavini, həmçinin Deputatlar Palatasının rəhbəri Viktor Borda istefa verib. (APA)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar