Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bölgəmiz genişmiqyaslı hərbi əməliyyatlara doğru gedir” - Tofiq Zülfüqarov 

Sabiq nazir: “Moskvanın razılığı olmasa, Türkiyə Cənubi Qafqazda belə böyük miqyasda fəallaşa bilməz”.

Azərbaycan və Türkiyə tarixində ən böyük birgə hərbi təlimlər başa çatdı. Bu təlimlər Azərbaycan ilə Ermənistan arasında Tovuz istiqamətində gedən döyüşlərin nəticəsi və Rusiya-Ermənistan hərbi təlimlərinə cavab olaraq həyata keçirildi.

Təlimlər başa çatdıqdan dərhal sonra Azərbaycanın yeni Xarici İşlər naziri Ceyhun Bayramov ilk səfərini Ankaraya etdi. Yeni nazir bu səfərə tək yox, Müdafiə naziri Zakir Həsənovla birgə getdi. Səfər zamanı hər iki nazir öz profillərinə uyğun həmkarları ilə və ən əsası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü.

Avqustun 12-də isə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi hərbi nümayəndə heyəti Azərbaycana gəldi.

Baş verənləri AYNA-ya şərh edən Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov ölkələr arasında hərbi-siyasi ittifaqın çoxdan qurulmağa başladığını və müəyyən mərhələlərdən keçdiyini deyib: “İki ölkə arasındakı münasibətlər strateji müttəfiqlik kimi qiymətləndirilməlidir və burada, ilk növbədə, Azərbaycana qarşı regional təhdidlərdən danışırıq. Azərbaycan ordusunun dünyanın Türkiyənin və onun düşmənlərinin müxalif olduğu başqa yerlərdəki tədbir və əməliyyatlarda iştirakını təsəvvür etmək çətindir. Bu vəziyyətdə, aramızda yaranan hərbi-siyasi ittifaq ilk növbədə bu birliyin müstəqilliyinə, suverenliyinə və iqtisadi maraqlarına olan təhdidlərə cavab verir və verməlidir”.

Diplomat, həmçinin son təlimlərdə F-16 kimi modernləşdirilmiş qırıcıların meydana çıxmasının bir qədər fərqli atmosfer yaratdığını düşünür: “Bu cür silah ABŞ-ın susqun razılığı olmadan burada görünə bilməzdi. Bu, onu göstərir ki, müharibə başlayacağı təqdirdə Azərbaycan silahlarının üstünlüyü tam təmin ediləcək. Həmçinin, onu da qeyd etmək lazımdır ki, söylədiklərim Ermənistan ilə Rusiya arasında münasibətlərin zəifləməsi fonunda baş verir. Biz Rusiyanın Ermənistanı dəstəkləmədiyini və gələcək hərbi əməliyyatlar zamanı da bunu etmək niyyətində olmadığını gördük”.

Zülfüqarov vurğulayıb ki, Ermənistan siyasi elitası üçün həlledici məqam gəlir: “Ya onlar daha yolagələn olacaq, ya da tez bir zamanda indi yeritdikləri siyasətin “məhsulunu” yığacaqlar. Paşinyanın ilk növbədə realizmə deyil, populizmə üstünlük verdiyini nəzərə alsaq, onların daha konstruktiv mövqe tutacaqlarına dair ümidlər çox deyil. Buna görə də bölgənin genişmiqyaslı hərbi əməliyyatlara doğru getdiyini söyləyə bilərik”.

Müsahibimiz hesab edir ki, Türkiyənin bölgəmizdə fəallaşması Rusiyanın ən yüksək səviyyədə razılığı olmadan baş tuta bilməz: “Bunu ilk növbədə Ermənistan siyasi rəhbərliyi başa düşməlidir ki, onlarda Türkiyə ilə Rusiya arasındakı qarşıdurma barədə heç bir xam xəyallar yaranmasın. Üstəlik, Rusiya Ermənistanın ərazi ambisiyalarını müdafiə etməyəcək. Buna görə Rusiya və Türkiyəni qarşıdurmaya sövq etmək uğursuzluğa məhkumdur. Təkrar edirəm, Ankara və Moskvanın birgə müzakirəsi olmasaydı, Türkiyə Cənubi Qafqazda belə böyük miqyasda görünməzdi”.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar