Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bölgələr üzrə avtobuslarda sərnişin sıxlığının azaldığı və artdığı ərazilər açıqlanıb

"Sərnişinlər çağırışlarımıza məhəl qoymurlar"...

Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsi haqqında qərarında da deyildiyi kimi sərnişin daşınma üzrə fəaliyyət göstərən avtobusların salonunda olan sərnişinlərin icazələrinin olub-olmamasına qədər yoxlanılacaq. Təəssüf ki, sərnişinlər çağırışlarımıza məhəl qoymurlar”.

“Report” xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova sürücülərə müraciətində bəyan edib.

O, dünən ərzində ölkənin regionlarında sərnişin daşınma üzrə müşahidə edilmiş göstəriciləri açıqlayıb: “Gəncədə, Sumqayıtda, Şəkidə, Şirvanda, Salyanda, Tovuzda, Qazaxda və Bərdədə həddindən çox sərnişin sıxlığı müşahidə edilib. Bizim məqsədimiz regionlarda sərnişin daşınmasının 95%-lik azalmasına nail olmaq idi. Belə ki, ötən gün Gəncədə 4 min, Sumqayıtda 48 min, Lənkəranda 1 500, Mingəçevirdə isə 1 400 sərnişin daşınıb. Bununla yanaşı, Nazirlər Kabineti yanında Operativ Qərargahın çağırışlarına əməl edən regionlar da var:" Lerikdə sərnişin daşınması 100%-lik azalma müşahidə edilib. Yardımlı, Siyəzən, Qax, Zaqatala, Balakən, Quba, Xızı, Sabirabad kimi regionalarda sərnişin daşınmasında tamamilə sıxlıq aradan qaldırılıb.

Xatırladaq ki, aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulacaq. Bildirilib ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel saat 00:00-dan 20 aprel saat 00:00-dək bir sıra qaydaların tətbiqi ilə bağlı qərara alıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar