Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bodrumda yanğınla bağlı 3 min nəfər təxliyə olunub - Video,Yenilənib

Muğlanın Bodrum rayonunda baş verən meşə yanğını otellər üçün təhlükə yaratdığına görə 3 min nəfər təxliyə olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, dəniz yolu ilə təxliyə edilən şəxslər Güvercinlik məhəlləsinə gətrirlib, Bodrum Bələdiyyəsinin əməkdaşları onları başqa otellərə yerləşdiriblər.

Böyükmiqyaslı yanğn fəlakətilə əlaqədar araşdırma başlanıb.

***

Türkiyənin Antalya şəhəri və ətraf ərazilərdə dünəndən başlayan, geniş yayılmış meşə yanğınları nəticəsində 3 nəfər ölüb, 77 ev isə yararsız vəziyyətə düşüb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirli xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərsalma naziri Murad Kurumla birgə mətbuat konfransında bildirib.

B.Pakdəmirli yanğınlar səbəbilə 6000 ha əkin sahəsinin, 500 ha otlaq sahəsinin yarasız hala düşdüyünü bildirib. Xeyli mal-qaranın tələf olduğu da qeyd edilib.

Antalya əyalət səhiyyə müdiri Ünal Hülür yanğınlardan zərər çəkmiş 183 nəfərin xəstəxanalara müraciət etdiyini, 15 nəfərin hazırda müalicəsinin davam etdiyini açıqlayıb.

***

Türkiyənin Marmaris və istirahət zonası olan Bodrum şəhərində meşə yanğınları başlayıb.

Yanğın Armutalan adlı bölgədə başlayıb.

Yanğını nəzarətə almaq üçün Muğladakı yanğınsöndürən briqadaları hadisə yerinə göndərilib.

Yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Alovlar tez bir zamanda geniş əraziyə yayılıb və yaşayış yerlərinə təhlükə doğurur. Yanğın yaşayış yerlərinə yaxın ərazidə baş verdiyindən otel və istirahət yerlərində təhlükəsizlik tədbirləri görülüb.

Onlarla insan təxliyə olunub. Yaralananlar var.(unikal.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar