Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT yeni dəhşətli silah növünün yayılacağından qorxur

BMT yeni dəhşətli silah növünün – ultramanevrli hipersəsli uçan aparatların yayılacağından narahatdır. ABŞ, Çin və Rusiyanın fəal şəkildə hazırladıqları və sınaqdan keçirdikləri bu aparatların beynəlxalq sülhə və təhlükəsizliyə böyük təhdid olacağı bildirilir

BMT-nin saytı xəbər verir ki, təşkilatın ekspertləri həmin silah növü ilə bağlı hazırladıqları hesabatda raket tipli bu təhlükəli aparatların hazırlanmasını güclü dövlətlər arasında silahlanma yarışının yeni mərhələsi kimi qiymətləndirirlər. Onlar qeyd edirlər ki, ultramanevrli hipersəsli planlayan aparatların tətbiqi məsələsinə də aydınlıq gətirilməyib. “Raket başlıqlarının xarakterinin (onlar nüvə və adi başlıqlar ola bilər), habelə potensial hədəflərin gizli saxlanılması göstərir ki, ən yüksək sürətə malik olacaq bu aparatlar böyük təhlükə mənbəyi olacaq”, -deyə hesabatda vurğulanır.

Müəlliflər onlardan nüvə zərbələri üçün istifadə olunacağı ehtimalının daha yüksək olduğunu da bildirirlər.

Digər tərəfdən, hesabatda yeni silah növünün beynəlxalq nəzarətdən kənarda olması da göstərilir. Qeyd olunur ki, hətta onların məhdud sayda yerləşdirilməsi, sınaqlarının keçirilməsi də atom silahları üzrə balansı ciddi şəkildə poza bilər. BMT ekspertləri diqqətə çatdırıblar ki, ABŞ-da bu cür aparatların hazırlanması üzrə bir neçə proqram həyata keçirilir.

Ultramanevrli hipersəsli uçan aparatlar üzərində işlər hələ 1980-cı illərdə Sovet İttifaqında aparılıb. Onun bugünkü variantı olan “Avanqard” raket kompleksi isə, Rusiya Prezidenti V. Putinin bildirdiyinə görə, 2019-cu ilin sonunda istismara buraxılacaq. Artıq Çində hipersürətli raketlərin doqquz sınağı keçirilib və onlardan altısı uğurlu olub. Fransa, Yaponiya və Hindistan da bu silah növünə böyük maraq göstərirlər.

AzərTAc-ın məlumatına görə, hesabata ön söz yazan BMT baş katibinin müavini İzumi Nakamitsu bildirib ki, bu silahların hazırlanması və sınaqları, habelə gələcəkdə istifadəsi təhlükəli nəticələr doğura bilər. Onun sözlərinə görə, hipersürətli silahların yayılması onsuz da nəzarətdən çıxmış silahlanma prosesini daha da qorxunc hala gətirəcək.

pia.az


Etiket: BMT silah

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar