Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT: "Uşaqların gələcəyi təhlükə altındadır"

Dünya üzrə uşaqların və yeniyetmələrin rifahı “birbaşa təhlükə” altındadır və çox az ölkə onları qorumaq üçün lazım qədər səy göstərir...

Bu barədə BMT Britaniyanın “The Lancet” jurnalında dərc edilmiş geniş hesabatında xəbərdarlıq edib.

Hesabatda bildirilir ki, uşaqların gələcəyinə pis təsir edəcək amillərdən iqlim dəyişikliyi, bədxassəli yeməklər, qeyri-sağlam həyat tərzinin təbliğatı, çox sayda uşaqların ailələrinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması və əhali qrupları arasında artan sosial bərabərsizlik kimi elementlər vurğulanır.

Hesabatı Ümum Dünya Səhiyyə Təşkilatı və UNİSEF-in müraciəti ilə dünyanın 40 müstəqil mütəxəssisi hazırlayıb.

Hesabata görə, keçən on ildə qanlı münaqişələrə qarışan ölkələrin sayı son 30 il ərzində rekord həddə çatıb. Böhran bölgələrində yetkinlik yaşına çatmayanların vəziyyətinin kəskin şəkildə pisləşdiyini qeyd edərək UNİCEF, 2010-cu ildən bəri uşaqlara qarşı zorakılıq hadisələrinin üç dəfə artdığını və 170 minədək rəsmi qeydə alınmış hala çatdığını bildirir.

Bu halların sayının ən çoxunun 2018-ci ildə – 24 min baş verdiyi deyilir. Mütəxəssislər ancaq rəsmi statistika ilə işlədiklərini və çox sayda cinayətlərin qeydə alınmamasını xatırladırlar.

Qeyd edək ki, 2010-cu ildən indiyədək uşaqların ölümü və xəsarətlər almalarının yarısı hava hücumları və piyada əleyhinə minaların partlaması ilə əlaqədardır.

Mütəxəssislər tərəfindən tərtib edilən hesabatda uşaqların ən çox risk altında olduğu ölkələrin siyahısında Suriya, Yəmən və Əfqanıstan liderdilər.(trend)

pia.az


Etiket: BMT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar