Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Suriyada hücumları dərhal dayandırmağa çağırıb

“Bəşər Əsəd rejiminin ordusu və onun müttəfiqləri Suriyanın şimal-qərbində deeskalasiya zonasında yaşayış obyektlərini intensiv hücuma məruz qoymağa davam edir”

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu BMT-nin Suriya böhranı üzrə regional humanitar koordinatorunun müavini Mark Katts bildirib.

Onun sözlərinə görə, Əsəd rejimi ordusunun və onun müttəfiqlərinin İdlib vilayətində Maarat an-Numan və Serakib rayonlarına hücumu nəticəsində onlarla dinc sakin ölüb. O bildirib ki, bu, son zamanlarda həyata keçirilmiş ən qanlı hücumdur.

“Qurbanların əksəriyyətini qadınlar və uşaqlar təşkil edir. Ölənlər arasında xilasedicilər və tibb işçiləri də var. Onların bədənləri tanınmaz haldadır. Xilasedicilər dağıntılar altında sağ qalanları qurtarmağa çalışırlar”, - M.Katts qeyd edib.

Koordinator müavini mülki şəxslərə, infrastruktur obyektlərinə hücumlara dərhal son qoymağa səsləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar