Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-nin xüsusi məruzəçisi Camal Qaşıqçının nişanlısı ilə görüşüb

Camal Qaşıqçı cinayəti ilə əlaqədar istintaq çərçivəsində Türkiyədə olan BMT-nin qeyri-məhkəmə edamları üzrə xüsusi məruzəçisi Aqnes Kallamard öldürülən səudiyyəli jurnalistin nişanlısı Hatice Cengiz və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, görüşlər İstanbulun Şişli bölgəsindəki hotellərdən birində mətbuata qapalı şəraitdə baş tutub.

Əvvəlcə xüsusi məruzəçi Cengizlə, ardından QHT nümayəndələri ilə görüşüb.

Gün ərzində BMT nümayəndə heyətinin İstanbuldan Ankaraya gedərək danışıqları hökumət səlahiyyətliləri və Türkiyə kəşfiyyatının əməkdaşları ilə davam etdirəcəyi gözlənilir.

Xatırladaq ki, "Washington Post" ilə sıx əməkdaşlıq edən tanınmış səudiyyəli jurnalist Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunun binasında qətlə yetirilib.

Türkiyə Prokurorluğu istintaqın yekunlarına görə, jurnalistin planlaşdırılmış cinayətin qurbanı olduğu nəticəsinə gəlib. Qaşıqçı diplomatik missiya binasına girdikdən dərhal sonra boğulub. Cinayətdən sonra Qaşıqçının meyiti hissələrə bölünərək məhv edilib.

Türkiyə İstanbulda Qaşıqçı işi üzrə məhkəmə prosesinin təşkil edilməsinin tərəfdarıdır və rəsmi Ər-Riyadı jurnalistin qətlə yetirilməsində əli olanları təhvil verməyə çağırıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Bakıda zülmətə qərq olan yol təhlükə saçır - Video

Ən çox oxunanalar