Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-nin sülhməramlılarının Haitidəki çirkin əməlləri -Dəhşətli faktlar

Azyaşlı qız və oğlanlara təcavüz edib ölkədən qaçdılar...

Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qoşunlarının əsgərləri Haitidə olduğu dövrdə iyrənc əməllər törədib.

PİA.az xəbər verir ki, əsgərlər gənc qızlara və azyaşlı oğlanlara təcavüz edib.

Birminqem və Ontario Universitetlərinin araşdırmaçıları Haitidə 2500 nəfərlə görüşərək Sülh Ordusunun təsirlərini araşdırıb. "The Conversation" adlı akademik saytda yayımlanan araşdırmanın nəticələrinə görə, 11 yaşlı qızlar cinsi istismarın qurbanı olaraq hamilə qalıb. Səfalət içində, təkbaşına uşaqlarını böyütmək məcburiyyətində olublar.

Hamiləliyin ortaya çıxmasından sonra həmin əsgərlər öz ölkələrinə geri göndərilib.

265 nəfər BMT əsgərlərinin qızlara təcavüz etməsindən danışıb. Haitili evli kişi isə bu sözləri deyib: "Buraya gəlib qadınlarla yatır, öz ehtiyaclarını qarşılayırlar. Daha sonra onlara 5 dollar verib gedirlər".

Bir başqası isə əsgərlərin qadınları QİÇS-ə yoluxdurmasından şikayətlənib.

Qeyd edək ki, Haiti uzun zaman qeyri-sabitlik və təbii fəlakətlərdən əziyyət çəkib. Burada 2004-cü ildə fəaliyyətə başlayan BMT Sülh Ordusunun missiyası 2017-ci ildə başa çatıb. Braziliya ordusunun idarə etdiyi və əksəriyyəti Latın Amerikası ölkələrinin əsgərlərindən ibarət ordunun yarısı polis olmaqla, 5 min nəfər olub.

Sülh ordusu, bundan əvvəl Haitidə "Ebola" virusunun yayılmasında ittiham edilmişdi. 2010-cu ildə 300 mindən çox insanın ölümünə səbəb olan zəlzələnin yardım işlərinə qatılan BMT ordusu, kanalizasiya sularını çaya axıtdığı üçün virus yayılmışdı. (publika.az)

pia.az


Etiket: BMT

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar